CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu başa çatıb

© Photo : REPORTMüəllimlərin imtahanı, arxiv şəkli
Müəllimlərin imtahanı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi iyulun 8-24-də keçiriləcək

BAKI, 4 iyul - Sputnik. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb. 

Müsabiqəyə iyunun 24-dən start verilmişdi.

Elektron ərizəsi yoxlanılaraq qəbul edilən namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi iyulun 8-24-də keçiriləcək.

Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. 

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən, vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.

Xəbər lenti
0