ELM

Aprelin 28-də keçirilmiş imtahanların nəticələri məlumdur

© Sputnik / Rahim MuradovLənkəranda I və IV ixtisas qrupları üzər qəbul imtahanı
Lənkəranda I və IV ixtisas qrupları üzər qəbul imtahanı - Sputnik Azərbaycan
Abunə olmaq
İmtahan verənlər iş nömrəsini  7727-ə göndərməklə nəticələrlə tanış ola bilər

BAKI, 29 may - Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) əvvəlki illərin məzunları üçün I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsinin, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının nəticələrini elan edib.

Sputnik Azərbaycan xəbər verir ki, aprelin 28-də imtahan verən həmin şəxslər iş nömrəsini  7727-ə göndərməklə nəticələrlə tanış ola bilər. 

Nəticələr yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin saytına da yerləşdiriləcək.

Xəbər lenti
0