CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Magistraturaya qəbul imtahanının II mərhələsi keçirilir

© Sputnik / Nigar MaharramADU-da payız semestrinin imtahan sessiyası ilə bağlı mediatur keçirilib
ADU-da payız semestrinin imtahan sessiyası ilə bağlı mediatur keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 26 may - Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirir.

DİM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 27 binada aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.

İmtahanın idarə olunmasına 27 ümumi imtahan rəhbəri, 86 imtahan rəhbəri, 818 nəzarətçi-müəllim, 64 buraxılış rejimi əməkdaşı ayrılıb.

Xəbər lenti
0