ELM

Bakalavrların gözlədiyi xəbər gəldi

© Sputnik / Nigar MaharramADU-da payız semestrinin imtahan sessiyası ilə bağlı mediatur keçirilib
ADU-da payız semestrinin imtahan sessiyası ilə bağlı mediatur keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar test imtahanını həmin şəhərlərdə, buraxılış vərəqəsində göstərilən ünvanlarda kağız formatında verəcəklər

BAKI, 20 may — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanının II mərhələsində 53 №-li proqram üzrə imtahan verəcək bakalavrlarla bağlı məlumat yayıb.

Sputnik Azərbaycan DİM-ə istinadla xəbər verir ki, 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının 26 may 2019-cu il tarixində keçiriləcək II mərhələsində 53 №-li proqram üzrə Bakı şəhərində imtahan verəcək bakalavrlar test imtahanını Bakı şəhərində, imtahana buraxılış vərəqəsində göstərilən ünvanda kompüter vasitəsilə verəcəklər.

Həmin proqram üzrə Gəncə və Naxçıvan şəhərlərində imtahan verəcək bakalavrlar isə test imtahanını həmin şəhərlərdə, buraxılış vərəqəsində göstərilən ünvanlarda kağız formatında verəcəklər.

Xəbər lenti
0