08:18 18 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8722
Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Paytaxtın təhsil müəssisələrində 400 nəfər işlə təmin olunacaq

© Photo: REPORT
ELM
Qısa URL
64 0 0

Şəffaflığın artırılması məqsədilə imtahan prosesinin videoçəkilişi aparılır

BAKI, 8 may — Sputnik. Mayın 8-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev işə qəbul üzrə imtahanların gedişi ilə tanış olub. BŞTİ-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, imtahan prosesini izləyən idarə müdirinə imtahanlara hazırlıq işinin təşkili, namizədlər üçün yaradılan şərait və şəffaflığın təmin edilməsi istiqamətində atılan addımlar barədə geniş məlumat verilib. 

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələri üzrə işə qəbul 5 ildir müsabiqə qaydasında həyata keçirilir. Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 2 647 namizəd bu KEÇİD vasitəsilə qeydiyyatdan keçib və müsabiqənin növbəti (test imtahanı) mərhələsinə buraxılıb.

Qeyd edək ki, mayın 6-dan start verilən işə qəbul üzrə imtahanlar çərçivəsində laborant, kitabxanaçı və uşaq birliyi təşkilatı rəhbəri vəzifələri üzrə müsabiqəyə qatılan şəxslərə 30 sualdan ibarət test tapşırığının cavablandırılması üçün 45 dəqiqə, təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri və psixoloq vəzifələri üzrə namizədlərə isə 40 sualdan ibarət test tapşırığının cavablandırılması üçün 60 dəqiqə vaxt ayrılır.

İmtahanın sonunda hər bir namizədin ilkin nəticəsi birbaşa kompüterin ekranında görünür. Şəffaflığın artırılması məqsədilə imtahan prosesinin videoçəkilişi aparılır.

Laborant və kitabxanaçı vəzifələri üzrə işə qəbul imtahanları artıq başa çatıb. Mayın 8-də uşaq birliyi təşkilatı rəhbəri, mayın 10-da təlim-tərbiyə işləri üzrə direktor müavini, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, mayın 11-də isə tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və psixoloq vəzifələrinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsi keçiriləcək.

Aparılan təhlillər deməyə əsas verir ki, ötən ilə nisbətən bu il imtahanlarda iştirak üçün qeydiyyatdan keçənlərin sayı iki dəfədən çox artıb. İmtahanların nəticələrinə əsasən, 400 nəfərdən çox namizəd qeyd olunan vəzifələr üzrə işlə təmin olunacaq.

Müsabiqə ilə bağlı hər hansı sual yaranarsa, namizədlər (012) 599-12-22 (daxili 60-22; 60-25; 60-28), mob: 055-336-36-39 nömrəli telefonlar vasitəsilə əlaqə saxlaya bilərlər.

Əlaqədar

Azərbaycanda təhsil müəssisələri təhlükə mənbəyidir?!
Azərbaycan təhsilində din dərsinə ehtiyac varmı - ekspert şərh edir
Elmin inkişafına hansı əngəllər var - Təhsil eksperti açıqlayır
Peşə təhsili müəssisələrinə "həyəcan" düyməsi qoyulacaq
Teqlər:
, müdir, imtahan, BŞTİ, Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Əsas mövzular