ELM

Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi ilə bağlı kitab nəşr olunub

© Sputnik / Musa MuradliBərdə Dövlət İdarəetmə və Texnolgiya Kollecində “Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi tarixi faktlarla” kitabının təqdimat mərasimi
Bərdə Dövlət İdarəetmə və Texnolgiya Kollecində “Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi tarixi faktlarla” kitabının təqdimat mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Kitab Gənclər Fondunun maliyyələşdirdiyi layihə əsasında işıq üzü görüb

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 26 fevral - Sputnik. Bərdə Dövlət İdarəetmə və Texnolgiya Kollecində “Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi tarixi faktlarla” kitabının təqdimatı olub. Kitab Azərbaycan Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qaliblərindən olan “Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi tarixi faktlarla” layihəsi çərçivəsində nəşr edilib. Nəşrdə qədim oğuz-türk yurdu olan və bu gün Ermənistan adlandırılan ərazidə zaman-zaman dəyişdirilmiş toponimlər haqqında məlumatlar əks olunub.

İctimaiyyət nümayəndələrinin, ziyalıların, kollecin müəllim və tələbələrinin iştirak etdiyi mərasimdə layihənin rəhbəri Zibeydə Eyvazova çıxış edərək, layihə və kitab haqqında geniş məlumat verib. Bildirib ki, layihənin əsas məqsədi Ermənistan adlandırılan ərazidə zaman-zaman dəyişdirilmiş toponimlər haqqında məlumat toplamaq və bu bilikləri ictimaiyyətə, xüsusilə gənc nəslə çatdırmaqdır.

© Sputnik / Musa MuradliBərdə Dövlət İdarəetmə və Texnolgiya Kollecində “Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi tarixi faktlarla” kitabının təqdimat mərasimi
Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi ilə bağlı kitab nəşr olunub - Sputnik Azərbaycan
Bərdə Dövlət İdarəetmə və Texnolgiya Kollecində “Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi tarixi faktlarla” kitabının təqdimat mərasimi

“İndiki Ermənistan ermənilərin yox, türk mənşəli tayfaların yaşadığı ölkə olub. Buna görə də 1826-1828-ci ilə qədər bu ərazidəki yaşayış məntəqlərinin adı türk mənşəlidir. 1828-1830-cu illərdə Cənubi Qafqaza İrandan 40 min, Türkiyədən 84 min erməni köçürülüb. 1893-1895-ci illərdə isə indiki Ermənistana 900 min erməni köçüb. Yalnız bundan sonra İrəvan quberniyasında ermənilərin sayı azərbaycanlıların sayından çox olub. Ermənilərin növbəti addımı türk mənşəli toponimləri dəyişdirmək olub. Bəzi adları tərcümə ediblər, bəzilərinə yeni erməni adları qoyublar” – deyə o bildirib.

Kitabın tərtibçisi, AMEA-nın Fəlsəfə İnstitutunun dissertantı Şöhrət Eyvazov isə çıxışında diqqətə çatdırıb ki, toponimlərin adların dəyişdirilmsi ilə bağlı müəyyən tədqiqatlar olsa da, azlıq təşkil edir. Odur ki, bu sahədə tədqiqatın davam etdirilməsi və gənclərə çatdırılması həm tariximizin öyrənilməsi, həm də Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası baxımından əhəmiyyətlidir.

“Ermənistanın ölkəmizə qarşı apardığı informasiya müharibəsində əsassız iddialarına tutarlı cavab vermək üçün müdafiə edilmək yox, əks-hücuma keçmək lazımdır. Belə ki, işğalçı Ermənistanın Yuxarı Qarabağa iddialarının əsassız olduğunu göstərməyin təsirli yollarından biri ermənilərin bu bölgəyə köçürüldüklərini və burda olan toponimləri sonradan dəyişdirmələri sübut etməkdir. Bugünkü Ermənistan ərazisində olan toponimlərin adların azərbaycanca olan formalarının göstərilməsi yaxın tariximizin unutdurulmaması baxımından da vacibdir” – o bildirib.

© Sputnik / Musa MuradliBərdə Dövlət İdarəetmə və Texnolgiya Kollecində “Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi tarixi faktlarla” kitabının təqdimat mərasimi
Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi ilə bağlı kitab nəşr olunub - Sputnik Azərbaycan
Bərdə Dövlət İdarəetmə və Texnolgiya Kollecində “Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi tarixi faktlarla” kitabının təqdimat mərasimi

Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi Xosrov Musayev, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Aydın Qasımov və başqaları tədbirdə çıxış edərək kitabının əhəməiyyətindən söz açıblar. Çıxışçılar gənclərimizin tariximizin öyrənilməsində, vətənpərvərlik ruhunda böyüməsində kitabın qiymətli mənbə olduğunu bildiriblər.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, ermənilər tərəfindən dəyişdirilən toponimlərimizlə bağlı fikir mübadiləsi aparılıb. İştirakçılara “Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi tarixi faktlarla” kitabı təqdim edilib.

Xəbər lenti
0