06:53 19 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9271
Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov

Təhsil naziri: "Tələbə təqaüdləri 20 faiz artırılacaq"

© Photo : Təhsil Nazirliyinin mətbuat xidməti
ELM
Qısa URL
8192 0 0

Ceyhun Bayramov: "Ali təhsil müəssisələrində təqaüd sistemi təkmilləşdirilməsinə görə 1 mart tarixindən başlayaraq təqaüd alanların sayında 16 min nəfər artım olacaq"

BAKI, 15 fevral — Sputnik. Bu gün Təhsil Nazirli Ceyhun Bayramov Prezident İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara dair mətbuat konfransı keçirib. Sputnik Azərbaycan xəbər verir ki, nazir edilən dəyişikliklər haqqında danışıb.

O deyib ki, 2019-cu ilin dövlət büdcəsi müəyyən edilən zaman ali təhsil müəssisələrində təhsil almaq üçün əlavə büdcə ayrılıb: “Artıq 2019-2020 akademik il üçün dövlət sifarişli yerlərin sayı 20500-dür. Ötən il isə bu rəqəm 12324 idi. Belə olan təqdirdə yeni rəqəm ciddi artım deməkdir. Bir il ərzində dövlət sifarişli yerlərdə 65%-dən artıq artım görürük".

Nazir əlavə edib ki, bütün təhsil pillələrində və səviyyələrində təqaüdlər artırılır: “14-25%-ə kimi artım olacaq. Orta hesabla, bu, 20% artım deməkdir. Bu artımlar peşə məktəblərində olacaq. Deyilən artım 110 mindən artıq tələbə kontingentini əhatə edəcək".

"Ali təhsil müəssisələrində təqaüd sistemi təkmilləşdirilməsinə görə 1 mart tarixindən başlayaraq təqaüd alanların sayında 16 min nəfər artım olacaq. Bu da indiki tələbə sayına görə 30% çoxdur” - C.Bayramov vurğulayıb.

Nazir onu da qeyd edib ki, yalnız dövlət sifarişli deyil, ödənişli əsaslarla oxuyan tələbələr də təqaüd ala bilərlər: "Bununla da tələbələr arasında motivasiya artacaq, rəqabət güclənəcək".

O, öz tələbəlik illərindən də danışıb: “Biz tələbə olanda, səhv etmirəmsə, adi tələbə təqaüdü 40-45 manat, əlaçı təqaüdü isə 60 manat idi. Ondan sonra milli valyutada dəfələrlə dəyişiklər olub. Bu gün fərqli zamanda yaşayırıq. Bu günləri artım nəticəsində veriləcək vəsait 94-95-ci illərdə aldığım təqaüddən daha yüksəkdir".

C.Bayramov onu da əlavə edib ki, tələbə krediti məsələsi üzrə yaradılan işçi qrup aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə fasiləsiz iş aparır: "Ümid edirəm ki, yekun layihə yaxın zamanlarda hökumətə təqdim ediləcək".

Əlaqədar

Səhiyyə Nazirliyi tələbənin müəmmalı ölümünə reaksiya verdi
Tələbənin canına qıyan şəxs saxlanılıb
Tələbələr üçün 200 manatlıq təqaüd təsis olundu
Teqlər:
Ceyhun Bayramov, təhsil, nazir, təqaüd, tələbə

Əsas mövzular