ELM

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin olundu

© Photo : REPORTBakı Şəhəri üzrə Təhsil İdarəsi
Bakı Şəhəri üzrə Təhsil İdarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini "Hüquqşünaslıq" ixtisası üzrə bitirib

BAKI, 28 dekabr — Sputnik. Təhsil naziri Ceyhun Bayramovun 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsinə İdarənin müdir müavini Rəşad Tağıyev təyin edilib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov məlumat verib.

© Sputnik / Irade JELILRəşad Tağıyev
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin olundu - Sputnik Azərbaycan
Rəşad Tağıyev

O bildirib ki, Rəşad Tağıyev 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini "Hüquqşünaslıq" ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiev Milli Universitetində hüquq üzrə magistr elmi-ixtisas dərəcəsi alıb.

2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. 2007-2013-cü illərdə "Ata Konsaltinq" MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və "Konsaltinq-AZ" MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib.

2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb.

Ailəlidir, iki övladı var.

Qeyd edək ki, daha öncə İdarəyə Məhəbbət Vəliyeva rəhbərlik edirdi. O, hazırda təhsil nazirinin müavini vəzifəsində çalışır.

Xəbər lenti
0