CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Direktor ittihamlara aydınlıq gətirdi, nazirlik isə rəsmi məktub gözləyir

© AR Ministry of EducationAzərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Hər iki tərəf bir-birini ittiham edir, Təhsil Nazirliyi isə yalnız ünvanlı məktub daxil olduqda məsələnin araşdırılacağını bildirir

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 16 dekabr — Sputnik. S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının bir qrup müəllimi tərəfindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə şikayət məktubu ünvanlanıb. Anonim ünvanlanan şikayət məktubunda məktəbdə bir sıra nöqsanların olduğu iddia edilib. Müəllimlər, həmçinin dərs saatlarının azaldılması ilə bağlı da şikayətlərini bildiriblər.

Onlar məktəbin olimpiada mərkəzi olması ilə bağlı direktor Xuraman Osmanovanın bu haqda məlumat verdiyini, lakin bununla bağlı Nazirliyin müvafiq əmrinin göstərilmədiyini də qeyd ediblər. Sözügedən məktubda, müəllimlərə qarşı müəyyən təzyiqlərin olması haqda da iddialar yer alıb.

Bundan başqa, məktubda dərslərin keçirilməsi üçün otaqların müəyyənləşmədiyi, bəzən dərs saatının müəyyən bir hissəsini dəhlizlərdə otaq axtarmaqla keçirildiyi haqda da iradlar var. Müəllimlər iddia edirlər ki, direktor valideynləri hansısa dərsdə oturub nöqsan tapmağa təhrik edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
ELM
Ali məktəblərə rektor təyin olunması qaydalarında dəyişiklik edildi

Məsələyə aydınlıq gətirmək üçün sözügedən məktəbin direktoru X.Osmanova ilə əlaqə saxladıq. Sputnik Azərbaycan-a danışan X.Osmanova haqqında səsləndirilən bu ittihamlarla razılaşmadı. O, sözügedən şikayət məktubunun bir kampaniyanın tərkib hissəsi olduğunu bildirdi: "Onların belə boş yazı-pozuları məni yordu. Məktəbdə heç bir problem yoxdur. Sadəcə, ola bilər ki, məktəbdəki inkişafdan kimisi razı, kimisi isə narazı qalır".

Direktor müəllimlərin otaqlarla bağlı ittihamlarına da aydınlıq gətirib: "Məktəb təmirdən çıxıb, otaq çatışmazlığı yoxdur. Hətta dərs cədvəllərinin üzərində kabinetlərin nömrəsi də yazılıb. Axı necə ola bilər ki, belə şəraitdə uşaqlar əllərində kitabla dəhlizdə dolaşsın? Bu qədər şayiə yaymaq olmaz".

X.Osmanova dərs yükünün azaldılması ilə bağlı iddialara da münasibət bildirib: "15 saat dərs yükü olanlar ibtidai sinif müəllimi kimi fəaliyyət göstərib. Əvvəllər ibtidai siniflərə qəbul vardı. Lakin artıq gimnaziyalarda təmayülləşmə birinci sinifdən aparılmadığı üçün Təhsil Nazirliyi bizim məktəbə ibtidai siniflərə qəbulu ləğv edib. Bu səbəbdən növbəti tədris ilindən məktəbimiz olimpiada mərkəzi olacaq. Respublika üzrə fənn müsabiqələrinin qalibləri növbəti ildən bizim məktəbə gətiriləcəklər. Bütün bunların isə dərs yükünə heç bir təsiri yoxdur".

Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
HADİSƏ
Məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb, yaralılar var

Direktor dərsdən kənar məşğələlərdən də söz açıb: "Dərsdən kənar məşğələlər yarım qrupa bölünə bilməz. Bu maliyyə pozuntusu hesab edilir. Artıq illərlə dərsdən kənar məşğələyə ayrılan saatlar ingilis dili fənninə verilib. Zamanla müəyyən fənlərin dərs yükü azalır. Məktəbdə bir fənn üzrə 18 müəllimin çalışıbsa, bu, bizim günahımız deyil. Elə məktəblər var ki, müəllim sayı az olduğu üçün onlarda köklü dəyişiklik olmayıb".

X.Osmanova, həmçinin müəllimlərin şikayət məktubunda dərs dinləmələri ilə bağlı səsləndirdikləri nüanslara da münasibət bildirib: "Müəyyən həftələrdə valideynlər dərs dinləmədə iştirak edir. Müəllim dərsini yüksək səviyyədə keçirsə, valideynin dərsdə oturmağından niyə narahat olmalıdır? Axı valideyn də bilməlidir ki, onun övladına kim, necə dərs keçir. O, təhsil mühitinin necə olmasından da xəbərdar olmalıdır. Bu, valideynin tam haqqıdır".

Sözügedən şikayətlə bağlı Təhsil Nazirliyinin də mövqeyini öyrənməyə çalışdıq. Nazirlikdən bildirildi ki, əgər onlara ünvanlı məktub daxil olarsa, o zaman məsələ araşdırılacaq.

Xəbər lenti
0