19:04 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Milli Məclisin binası

"Ümumi təhsil haqqında" yeni qanun layihəsi hazırlanıb

© Sputnik / Murad Orujov
ELM
Qısa URL
67 0 0

Bu qanun Azərbaycanda fəaliyyət göstərən dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir

BAKI, 4 dekabr - Sputnik. "Ümumi təhsil haqqında" yeni qanun layihəsi hazırlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, yeni qanun layihəsi 5 fəsil, 33 maddədən ibarətdir.

Bu qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Sənədin imzalanması
© Sputnik / Murad Orujov

Azərbaycan Respublikasında ümumi təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir.

"Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, "Təhsil haqqında", "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, ümumi təhsil sahəsində münasibətləri nəzərdə tutan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

"Ümumi təhsil haqqında" Azərbaycan Respublikası qanunvericiliyinin məqsədi vətəndaşların ümumi təhsil sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş təhsil hüququnu təmin etməkdən, ümumi təhsil prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibəti tənzimləməkdən və ümumi təhsilin təşkilati-hüquqi bazasını yaratmaqdan ibarətdir.

Bu Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir.

Əlaqədar

İlham Əliyev ali təhsillə bağlı mühüm sərəncam imzaladı
Təhsil naziri əmr imzalayıb
Xaricdən gələn tələbələr təhsilimizdən nə qazanır, nə itirir?
Təhsil sahəsində iki mühüm yenilik: Biri ümid yaradır, digəri tərəddüd
Teqlər:
layihə, qanun, təhsil

Əsas mövzular