22:21 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Azıx mağarası

Avropalı və rusiyalı alimlərdən Azıxla bağlı tarixi etiraf

CC BY-SA 3.0 / MEDIACRAT / Азыхская пещера
ELM
Qısa URL
5310 0 0

Azərbaycan alimi ölkə ərazisindəki qədim mağaralarla bağlı keçirilmiş elmi konfransların Avrasiya tarixinə işıq tutacağına ümid edir

BAKI, 9 oktyabr — Sputnik. Bakıda keçirilən beynəlxalq konfransın vacib əhəmiyyəti ondan ibarətdir ki, onun yekdilliklə qəbul edilən yekun qətnaməsində konfransın bütün nümayəndələri Qafqazın əsas erkən paleolit abidələrindən biri kimi Azıx düşərgəsində müəyyən olunmuş VII-VIII-IX və X təbəqələrdə aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmış tapıntıların mübahisəsiz olaraq mühüm elmi əhəmiyyətə malik olduğunu etiraf ediblər.

Bunu Sputnik Azərbaycan-a Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi əməkdaşı Azad Zeynalov deyib.

Oktyabrın 1-dən 5-dək Qafqaz Albaniyasının qədim paytaxtı Qəbələdə Azıx mağarasından 1968-ci ildə qədim insanın çənəsinin aşkar edilməsinin 50 illiyinə həsr edilmiş "Azərbaycanda Azıx mağarası və miqrasiya axınları" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Azərbaycanda Azıx mağarası və miqrasiya axınları mövzusunda beynəlxalq elmi konfransın birinci günü
"Azərbaycanda Azıx mağarası və miqrasiya axınları" mövzusunda beynəlxalq elmi konfransın birinci günü

Zeynalov bildirib ki, Azərbaycanın qədim daş dövrünün arxeologiya tarixində bu artıq müxtəlif ölkələrdən olan mütəxəssislərin toplaşdığı ikinci beynəlxalq konfransdır. Birinci belə konfrans 2010-cu ildə keçirilmişdi və Qafqazda qədim daş dövrü düşərgələrindən biri olan Azıx mağarasının aşkarlanmasının 50 illiyinə həsr olunmuşdu.

Arxeoloqun sözlərinə görə, həmin konfrans Bakıda keçirilib və ora Rusiya və Avropa ölkələrindən çoxlu qonaqlar toplaşıb. Bu konfrans Azərbaycanda qədim insanın çənə sümüyünün aşkar edilməsinin 50 illiyinə həsr edilib və burada Azərbaycan alimləri ilə yanaşı İngiltərə, Ukrayna, Gürcüstan və Rusiyadan qonaqlar qatılıb.

Konfrans iştirakçıları
Konfrans iştirakçıları

Zeynalov qeyd edib ki, konfrans iştirakçıları Azıx mağara düşərgəsinin Qafqazın əsas erkən paleolit dövrünə aid abidələrindən biri kimi böyük əhəmiyyət daşıdığını yekdilliklə qeyd ediblər. Eyni zamanda son illərdə Azərbaycanda aparılan arxeoloji işlərin səviyyəsini yüksək qiymətləndiriblər.

Sputnik-in həmsöhbətinin sözlərinə görə, konfrans AMEA-nın diqqətini ölkənin qədim tarixinin fənlərarası tədqiqatlarının fəallaşdırılmasının vacibliyinə və bunun vaxtının yetişdiyinə yönəldir. Bu məsələdə Azərbaycanın Avrasiyada insanların ilkin məskunlaşmasının öyrənilməsi baxımından həlledici əhəmiyyətini nəzərə almaq lazımdır. O, həmçinin qeyd edib ki, konframsda qəbul edilmiş qətnamədə 2022-ci ildə Azərbaycanda paleolitşünaslığın banisi, professor Məmmədəli Hüseynovun 100 illiyinə həsr olunan beynəlxalq konfransın keçirilməsi təklifi də yer alıb. Ola bilsin, 2022-ci ildə bu vacib hadisə baş versin.

"Bu günlərdə keçirilmiş konfrans Qafqazın ən möhtəşəm abidələrindən biri, dünyanın yeganə ən qədim daş dövrü düşərgəsi olan Azıx mağarasının öyrənilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. Bu mağaranın milyondan artıq yaşı var" — deyən alimin sözlərinə görə, Azıxla yanaşı ölkəmizdə açıq tipli daha qədim və daha gənc düşərgələr də var.

Konfrans iştirakçıları Qəbələ Arxeoloji Mərkəzinində
Konfrans iştirakçıları Qəbələ Arxeoloji Mərkəzinində

Sputnik-in həmsöhbətinin fikrincə, Azıx mağarası unikal fenomendir və tədqiqatlar göstərir ki, orada dövri olaraq mağara ayıları və insanlar yaşayıb. Biri gedib, digəri gəlib.

Azərbaycanın paleolit tədqiqatında müəyyən bir sükunətdən sonra, XXI əsr bu sahədə yeni kəşflərə güclü bir təkan verilməsi baxımından da vacib əhəmiyyət daşıyır. XXI əsrdə yeni düşərgələr kəşf edilib — ilk olaraq Böyük Qafqazın cənub yamaclarında — Aşel dövrünə aid düşərgələr olan Xorqaya və Cimcimax mağaraları kəşf olunub. Eyni zamanda Mingəçevirdə çox vacib düşərgə olan, Aşıl dövrünə aid çoxqatlı erkən paleolitik Qaraca abidəsi aşkarlanıb.

ARAYIŞ: Qaraca abidəsi 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi əməkdaşı Azad Zeynalovun rəhbərliyi altında Azərbaycan-Rusiya birgə arxeoloji ekspedisiyası tərəfindən kəşf olunub. Bu abidənin bir milyon ilədək yaşı var və o, Azıxdan sonra öz əhəmiyyətinə görə qədim daş dövrünün ikinci ən mühüm abidəsidir. Burada təkcə bir milyon il və ondan daha çox illər ərzində insanların erkən formalarının miqrasiyası ilə bağlı sübutlar aşkarlanmayıb, həm də ilk dəfə olaraq Quruçay mədəniyyəti üçün xarakterik olan ağırlığı dörd kiloqramdan çox olan iri daş silahlar da tapılıb. Daha əvvəl belə silahlar yalnız Azıx mağarasının alt təbəqələrindən tapılmışdı.

Bu minvalla Azərbaycanda paleolitşünaslığın banisi Məmmədəli Hüseynov tərəfindən yeni lokal Quruçay mədəniyyətinin ayrıca mədəniyyət olaraq müəyyənləşdirilməsi nəinki təsdiqlənib, həm də onun yayılma arealını əhəmiyyətli dərəcədə genişləndirib.

Beynəlxalq konfransın iştirakçıları Qəbələdəki arxeoloji abidələrlə tanış olublar
Beynəlxalq konfransın iştirakçıları Qəbələdəki arxeoloji abidələrlə tanış olublar

"Mən artıq üç ildir ki, 1953-cü ildə aşkarlanmış Damcılı mağarasında Azərbaycanda birinci paleolitik düşərgə üzərində işləyən Azərbaycan-yapon ekspedisiyasına başçılıq edirəm. O da mezolitdən (orta daş dövrü) neolitə (yeni daş dövrü) keçid kontekstində çox maraqlıdır" — deyə alim bildirib.

Zeynalovun sözlərinə görə, hazırda Azıx mağarasının olduğu ərazi işğal altındadır və təəssüf ki, hansısa dövrdə ora daxil olmaq imkanını itirmişik. Lakin 20 il ərzində orada aparılmış qazıntılar nəticəsində əldə edilmiş əsas materiallar Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun fondunda qorunur. Onlar hər kəs üçün əlçatandır və eyni zamanda tanışlıq üşün xarici qonaqlara da təqdim edilib.

Azıxantropun aşkar edilməsinin 50 illiyinə həsr olunan konfrans öz işini başa vurub
Azıxantropun aşkar edilməsinin 50 illiyinə həsr olunan konfrans öz işini başa vurub

Sputnik-in həmsöhbəti həmçinin deyib ki, beş ölkədən 40 nümayəndənin iştirak etdiyi konfransın gedişində 40-a yaxın məruzə dinlənilib, eyni zamanda başda Qafqaz olmaqla Avrasiyanın qədim keçmişinin öyrənilməsinin başlıca problemlərinə həsr olunmuş ətraflı elmi müzakirə keçirilib.

Azıx mağarası 1960-cı ildə azərbaycanlı arxeoloq Məmmədəli Hüseynov tərəfindən Azərbaycanın Füzuli rayonu ərazisində aşkarlanıb. 1993-cü ildən bu yana həmin tarixi abidənin olduğu ərazi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Əlaqədar

Alimlərin yeni iddiası: Buzlaq dövrü qayıdır
İş insanın cövhəri deyilmiş – Alimlər belə deyir
Alimlər isti yay aylarında insanları xəbərdar etdi

Əsas mövzular