ELM

Məktəbli geyimləri ilə bağlı hansı dəyişiklik edilib – Qiymətlər qalxıb, yoxsa...?

© Sputnik / Murad OrujovУчебный процесс в одной из средних школ Баку, фото из архива
Учебный процесс в одной из средних школ Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Kənar yerlərdə də bizim formalarımıza bənzər məktəbli formaları satılır"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 21 avqust — Sputnik. Qarşıdan yeni tədris ili gəlir. Hər il olduğu kimi bu il də şagirdlər məktəbli formasını “Bakı Tikiş Evi” (BTE) ASC-nin mağazalarından əldə edə biləcəklər.

BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəbli formalarının qiymətləri aşağı və yuxarı sinif şagirdləri üçün fərlidir. Belə ki, əvvəlki illərdən fərqli olaraq bu il, aşağı sinif şagirdlərinə jiletlər satılmayacaq: "Bizim fəaliyyətimiz tikişlə bağlıdır. Jiletlər isə bizə Bakı Əyirici –Toxuyucu ASC-dən verilirdi. Bu il onlar bizə kiçik ölçülü jiletlər verməyib. Böyük ölçülü jiletlər isə var".

"Elə valideynlər olurdu ki, övladına kostyum almaq istəmir. Keçən ildən qalan şalvarın və ya pencəyin hələ yaxşı vəziyyətdə olduğunu düşünür. Biz valideyni məcbur edə bilmərik ki, kostyum alsın. Buna görə də, hər bir geyimin ayrıca qiyməti var” – deyə E.Əzimov əlavə edib. 

Məlahət Mürşüdlü - Sputnik Azərbaycan
Ekspert məktəbəqədər hazırlıq qruplarının önəmini şərh edir

O qeyd edib ki, 6-cı sinfə qədər olan şagirdlər üçün kostyumun qiyməti 40 manat, tək şalvar isə 15 manatdır. Valideyn əgər pencəyi tək almaq istəsə, bu, ona 25 manata başa gələcək. 7-ci sinifdən yuxarı şagirdlər üçün isə kostyum 46, şalvar isə 18 manatdır. Tək pencək isə 28 manata başa gələcək.

Etibar Əzimovun sözlərinə görə, məktəbli formalarının qiymətlərində keçən illə müqayisədə heç bir dəyişiklik olmayıb.  Qiymətlər aşağıdakı kimidir:

1-6-cı siniflər üçün:

kostyum (qız-oğlan) — 40 manat,

şalvar 26-42 ölçü —15 manat,

ətək (yubka) 26-44 ölçü — 15 manat,

köynək (oğlan-qız) — 8 manat.

Jilet yoxdur.

7-11-ci siniflər üçün:

Kostyum (qız-oğlan) — 46 manat,

Şalvar 44-54 ölçü — 18 manat,

Sarafan 32-54 ölçü — 18 manat,

Köynək (qız-oğlan) — 8 manat,

Jilet (qız-oğlan) — 8 manat. 

İntihar kəndiri, arxiv şəkli - Sputnik Azərbaycan
Məktəbliləri qəsdən maşınla vuran şəxs qətlə yetiriləcək

E.Əzimov qeyd edib ki, artıq BTE-nin bütün mağazalarından məktəbli formnalarını əldə etmək mümkündür. Mağazalar fasiləsiz işləyir: "Yaxşı olardı ki, valideynlər sıxlıq yaranmasın deyə, indidən övladlarının geyimlərini əldə etsinlər. Konveyer üsulu ilə dörd modeldə məktəbli forması tikilir. Bunlar 6 sinfə kimi dama-dama ətəklər, tünd göy rəngli gödəkçə və şalvarlar, həmçinin yuxarı sinif şagirdləri üçün kostyumlar, pencəklər və sarafanlardır".

Onun sözlərinə görə, bütün valideynlər 597-45-39 nömrələrinə zəng edərək, yaşadıqları əraziyə yaxın olan BTE mağazalarının yerini öyrənə bilərlər: "Valideynlər çalışsın ki, formaları bizim mağazalardan alsınlar. Çünki biz məhsullarımıza bir il zəmanət veririk. Bizim parçaların və hazır məhsullarımızın xüsusi sertifikatı var. Kənar yerlərdə də bizim formalara bənzər məktəbli formaları satılır. Bizim rekvizitlərdən, birkalardan, düymələrdən və qolçaqlardan istifadə edilərək zirzəmilərdə formalar tikilir. Ancaq qeyd edək ki, onların keyfiyyəti bizim formaların keyfiyyəti ilə eyni deyil, onlar tez sıradan çıxır".

Xatırladaq ki, bu il yeni tədris ili sentyabrın 17-də başlayacaq.

Xəbər lenti
0