03:17 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
ELM
Qısa URL
162 0 0

DİM: II və III qruplara keçirilən qəbul imtahanlarının nəticələri bu gün elan olunacaq

BAKI, 28 iyul — Sputnik. II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələrinin bu gün elan olunması nəzərdə tutulur. 

Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. 

Nəticələr elan olunmamışdan öncə DİM-in “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək. 

Canlı yayımda Apelyasiya Komissiyasına, eləcə də DİM-in "Facebook" səhifəsinə və elektron poçtuna imtahanda istifadə olunmuş suallarla bağlı ünvanlanan müraciətlərə cavab veriləcək, abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqları, onları maraqlandıran digər suallar izah ediləcək.

Canlı yayım zamanı əlavə sualları müvafiq postun altına yaza və ya təqdim olunacaq “whatsapp” nömrəyə səsli, yazılı mesaj kimi göndərmək mümkündür. “Whatsapp” nömrə canlı yayım zamanı elan olunacaq. 

Əlaqədar

Qəbul imtahanında iştirak edən abituriyentlərin nəzərinə!
Abituriyentlər təlaş içindədirlər: Dövlət İmtahan Mərkəzində nə baş verir?
İmtahanın nəticələri açıqlandı: 15 nəfər 700 bal toplayıb
İmtahanların nəticəsi 2 günə açıqlanacaq
DİM imtahanda olanlar barədə xəbər yaydı

Əsas mövzular