ELM

Ağrını hiss edən süni dəri kəşf edildi

© AP Photo / Jens MeyerProtezlər
Protezlər - Sputnik Azərbaycan
Abunə olmaq
Testlər protez daşıyıcısının beyninin lazımi impulsları aldığını təsdiqləyib

BAKI, 26 iyul — Sputnik. Mühəndislər protezlər üçün təkcə toxunmanı deyil, ağrını da hiss edə biləcək dəri yaradıblar. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, onu bütün protezlərə geyindirmək mümkündür. Yeni kəşf Amerikanın Con Hopkins universitetindən Nitiş Zakorun rəhbərliyi edilib. Kibernetik dərinin müəllifləri onu epidermis adlanırır. Dəri toxunma materialdan və rezindən hazırlanıb və sensorlarla təchiz edilib.

Onlar cərrahi əməliyyat olmadan elektrik stimullaşdırılması vasitəsilə canlı sinirlərə bağlanılır. Mühəndislər bir insanın toxunma və ağrı reseptorlarının quruluşunu əsas götürərək, sinir impluslarının müvafiq xüsusiyyətlərinin surətini çıxarıblar.

"Biz sizin dəriniz kimi fəaliyyət göstərən sensor yaratmışıq. Ağrı təbii ki, xoş deyil. Amma bu amputasiya üçün hazır olan protezlər tərəfindən dəstəklənməyən mühüm qoruyucu hissdir" deyə Cons Hopkins universitetindən olan məqalə müəllifi Lyuk Osborn bildirir.

Testlər protez daşıyıcısının beyninin lazımi impulsları aldığını təsdiqləyib.

Xəbər lenti
0