ELM

Tələbələrin təhsil haqları aşağı salındı

© Photo : UNEC-in mətbuat xidmətiUNEC-in Zaqatala filialının müəllim-tələbə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib
UNEC-in Zaqatala filialının müəllim-tələbə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib - Sputnik Azərbaycan
Abunə olmaq
Eyni zamanda imtahanlarda ən yüksək nəticə göstərən tələbələ xüsusi təqaüd veriləcək

BAKI, 17 iyul — Sputnik. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialına yeni tədris ilindən I və II ixtisas qrupu üzrə tələbə qəbulu həyata keçiriləcək. I ixtisas qrupunu seçən abituriyentlər informasiya texnologiyaları ixtisası üzrə əyani təhsil ala biləcəklər.

Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
ELM
Tələbələrə müraciət və xəbərdarlıq edilir

UNEC-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatına görə, II qrupda isə ixtisasların sayı artırılıb. II ixtisas qrupu üzrə iqtisadiyyat, maliyyə, mühasibat uçotu və audit, biznesin idarə edilməsi, turizm və otelçiliklə yanaşı, menecment, marketinq ixtisasları da tədris olunacaq.

Tələbə və valideynləri sevindirəcək daha bir yenilik isə Zaqatala filialında təhsil haqları ilə bağlıdır. Belə ki, filialda ixtisaslar üzrə təhsil haqları qiyabi və əyani təhsildə əhəmiyyətli dərəcədə azaldılıb. Filiala qiyabi qəbul planında və keçid ballarında da dəyişikliklər olunub. Filiala keçid balları azaldılıb.

Yeni tədris ilindən Zaqatala filialında tədrisin keyfiyyətinin artırılması məqsədilə Elektron Universitet Modeli tətbiq olunacaq. Biliyin qiymətləndirilməsində şəffaflıq və operativliyin təmin olunması üçün isə imtahanlar elektron qaydada mərkəzləşdirilmiş test üsulu ilə aparılacaq.

Filialda tələbələrin stimullaşdırılması, sağlam rəqabət mühitinin yaradılması məqsədilə ötən tədris ilində olduğu kimi, bu il də imtahanlarda ən yüksək nəticə göstərən tələbə təhsilini bir semestrlik Bakıda davam etdirə biləcək. Eyni zamanda imtahanlarda ən yüksək nəticə göstərən 3 tələbəyə 100 AZN məbləğində xüsusi təqaüd veriləcək.

Xəbər lenti
0