ELM

Rusiya vətəndaşları ağır yükdən qurtulur, bəs biz?

© Photo : papirontul/pixabayБумажная и электронная книга. Архивное фото
Бумажная и электронная книга. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Məktəblərdə dərsliklərin əvəzinə elektron kitablardan istifadə olunması ekspertlər tərəfindən birmənalı qarşılanmır

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 10 iyul — Sputnik. Ötən günlərdə Rusiyada maraqlı layihə təklif olunub. Belə ki, yaxın illərdə Rusiya məktəblərində dərsliklər elektron kitablardan ibarət olacaq. Şagirdlər ağır kitabları məktəbə daşımayacaqlar. Az qala, şagirlərin çəkisi ağırlığında olan kitablar bir planşetdə cəmləşəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident təhsildə inqilabi dəyişiklikləri təsdiqlədi

Maraqlıdır, Rusiyada təklif olunan bu yenilik Azərbaycan təhsil sistemində də tətbiq oluna bilərmi? Ümumiyyətlə bu təklifi nə qədər uğurlu hesab etmək olar? Sputnik Azərbaycan-ın məsələ ilə bağlı suallarına təhsil ekspertləri aydınlıq gətiriblər.

"Rusiyanın təhsilində 2000-ci ilin əvvəlindən başlayan proseslər artıq sona çatır" — deyən təhsil eksperti Asif Cahangirov bu islahatları SSRİ dövrünün təhsil sisteminə qayıdış kimi qəbul edir.

Ekspert bildirib ki, elektron dərsliklər anlayışı yeni deyil və bu, təhsil sistemində çoxdan mövcud olub: "Elektron kitablardan təhsil sistemində istifadə yaxşı yanaşmadır. Lakin kitablardan bütünlükdə imtina edilməsinin mexanizmini və gələcəkdə təhsilə nələr verəcəyini dəqiq deyə bilmərəm. Bir sözlə, bu modeli təsəvvürümdə qura bilmirəm".

© © KarikaturaMəktəb dərslikləri
Məktəb dərslikləri - Sputnik Azərbaycan
Məktəb dərslikləri

A.Cahangirovun fikrincə, bu yenilik böyük və müsbət xüsusiyyətlərindən daha çox mənfi nəticələrə gətirib çıxaracaq: "Elektron dərsliklər dərs kitablarına köməkçi vasitə olmalıdır. Dərsliklərin birbaşa ləğv edilməsi Rusiyanın təhsilinə mənfi təsir edəcək. Doğrudur, 10 il sonra distant təhsil genişlənəndə, artıq elektron kitablardan istifadə olunacaq. Hətta o zaman məktəb binaları belə, o qədər də istifadə edilməyəcək. Amma bu gün dərs kitablarının tam ləğv edilməsi məqsədəuyğun deyil".

Ekspert belə düşünməsinin səbəblərinə də aydınlıq gətirib: "Çünki rəqəmsal texnologiya da o səviyyədə deyil. Eyni zamanda böyük miqdarda maliyyə xərcləri lazımdır. Kağız üzərində kitablar qalmalıdır və onun elektron variantı olmalıdır. Hələ ki, böyük sıçrayışla yeni dövrə keçmək olmaz".

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən, 2020-ci ilə qədər Azərbaycanda ümumtəhsil məktəblərində təhsil alan bütün şagirdlər planşetlərlə təmin olunacaqlar: "Etiraf edək ki, texnologiyanın günbəgün inkişaf etdiyi bir dönəmdə şagirdlərin 2020-ci ilə qədər planşetlə təmin olunması bir qədər gecdir. İndi orta məktəblərdə bu texnologiyadan istifadə edəcək kadrların hazırlanması prosesinə başlamaq lazımdır".

Elektron kitab, arxiv şəkli - Sputnik Azərbaycan
Məktəblərdə kağız kitablar dövrü sona çatır, lap az qaldı

"Çoxu fikirləşir ki, uşağa planşet verilsə, onlara sərbəstlik veriləcək ki, internetdə istədiyi videoya baxsın, yaxud bütün günü oyun oynasın. Əslində bu, heç də belə deyil. Həmin planşetlər uşaqların müəyyən informasiyalardan yararlanması üçün nəzərdə tutulub və məhz ona görə istifadə olunacaq" — deyə Əsədov əlavə edib.

Onun fikrincə, bu yeniliyin ölkəmizdə indi qəbul edilməsi çox tez olar: "Təəssüflər olsun ki, bu gün müəllimlərin əksəriyyətinin adi kompüterdən istifadə bacarıqları çox aşağı səviyyədədir. Belə bir problemin olduğu dövrdə, bu layihə qısa müddətdə ölkənin bütün orta məktəblərinə tətbiq olunsa, effekti olmayacaq".

Əsədov hesab edir ki, ümumilikdə, bütün bunlar uşaqların yükünün azaldılması üçün nəzərdə tutulub: "Həmin planşetlərə müəyyən məhdudiyyətlər tətbiq edilsə və normal qaydada istifadəsi təmin olunsa, ən əsası, müəllim kontingenti bu sistemə uyğunlaşdırılsa, təhsildə müsbət nəticələr əldə etmək olar".

"Bu layihə birdən-birə olmur, tədricən baş verir və davamlı olur. Müasir tədrisdə yeniliklər sayəsində təlimdə də inkişafa doğru gedən sürətli öyrənmə prosesi yaranıb. Şagirdlər biliklərinin artırılması üçün planşetlərdən istifadə edərək, mövzuları daha asan və daha yaddaqalan səviyyədə mənimsəyirlər. Düşünürəm ki, maraqlı və təhsil üçün effektli dəyişiklər ola biləcək layihədir" — deyən K.Əsədov onu da vurğulayıb ki, Azərbaycanda artıq kompüterlə təmin olunmuş, elektron kitablarla təchiz edilmiş bir sıra pilot məktəblər var.

Xəbər lenti
0