23:03 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
İmtahan prosesi

Diqqət: 10 minlərlə ailə üçün həyacanlı gün çatdı

© AFP 2018 / FREDERICK FLORIN
ELM
Qısa URL
298 0 0

Bu gün ümumilikdə 64800 şagirdin imtahan verəcəyi nəzərdə tutulur

BAKI, 21 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 64800 şagird (IX sinif üzrə 37029, XI sinif üzrə 27771) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir. Bu barədə Sputnik Azərbaycan-a DİM-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün ümumilikdə 64800 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. 9-cu sinif şagirdləri üçün imtahan (II mərhələ) saat 10:00-da başlayıb və 1 saat 30 dəqiqə davam edəcək. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlayacaq və 2 saat 45 dəqiqə müddətində aparılacaq.

İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərir, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılır və imtahan prosesinin gedişinə nəzarət olunur. İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində zəruri şərait yaradılmışdır.

Əlaqədar

Dövlət İmtahan Mərkəzi tender elan edir
Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlandı
Azərbaycanın gələcək zabitləri imtahan qarşısında
Buraxılış imtahanı iştirakçılarının nəzərinə...
Teqlər:
sinif, mərhələ, DİM, Dövlət İmtahan Mərkəzi, şagird

Əsas mövzular