09:49 16 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
İmtahan prosesi

Son iki gün qaldı, tələsin

© Photo: REPORT
ELM
Qısa URL
212 0 0

Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2018-ci il 14 iyun saat 23:59-dək davam edəcək

BAKI, 12 iyun — Sputnik. Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu üçün müəyyən edilmiş vaxt sona yaxınlaşır. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2018-ci il 14 iyun saat 23:59-dək davam edəcək.

Xatırladaq ki, elektron ərizələrində ali təhsil müəssisələrinin I‑IV ixtisas qrupları üzrə keçirilən yaz imtahanında iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər yay imtahanında da iştirak etmək istədikləri halda göstərilən tarixədək qeydiyyatdan keçməlidirlər.

Təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə verilir.

29 mart – 30 aprel tarixlərində aparılan elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlər də müvafiq qaydada qeydiyyatdan keçə bilərlər.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).

Əlaqədar

Xaricdə təhsil alanlara xoş xəbər
Məktəblilərimiz qeyri-formal təhsilə cəlb olunub
Təhsilimizi, gələcəyimizi, inkişafımızı belə müəllimlərə etibar edirik?
Ali təhsilli işsizlərin nəzərinə: İş var
Teqlər:
təhsil bazası, ərizə qəbulu, ixtisas, ali təhsil müəssisələri, abituriyent

Əsas mövzular