ELM

Nərgiz Paşayevaya yeni vəzifə həvalə olundu

Abunə olmaq
Nərgiz Paşayeva, İradə Hüseynova və Bilal Bilalov ilk dəfə olaraq AMEA-nın vitse-prezidenti seçiliblər

BAKI, 8 iyun — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən illik ümumi yığıncağında Rəyasət Heyətinin yeni tərkibi seçilib.

Sputnik Azərbaycan xəbər verir ki, ümumi yığıncaqda akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev, Nərgiz Paşayeva və İradə Hüseynova AMEA-nın vitse-prezidentləri seçiliblər.

AMEA-nın müxbir üzvü Bilal Bilalov da Rəyasət Heyətinin üzvü və vitse-prezident seçilib. 

Rasim Əliquliyev AMEA-nın akademik — katibi, Əhliman Əmiraslanov Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, Teymur Kərimli Humanitar Elmlər Bölməsinin akademik-katibi, Nərgiz Axundova İctimai Elmlər Bölməsinin akademik-katibi, Nazim Məmmədov Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fəxrəddin Qədirov Yer Elmləri Bölməsinin akademik-katibi, İsmayıl Hacıyev AMEA Naxçıvan Bölməsinin və Fuad Əliyev AMEA Gəncə Bölməsinin sədri olublar.

Qeyd edək ki, AMEA vitse-prezidentlərin sayı üç nəfər artırılıb. Nərgiz Paşayeva, İradə Hüseynova və Bilal Bilalov ilk dəfə olaraq AMEA-nın vitse-prezidenti seçiliblər.

Xəbər lenti
0