02:17 22 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9602
Birinci sinfə gedən uşaq

Məktəblərdə müddət baryeri aradan qaldırıla bilər, amma etiraz edənlər var

© Sputnik / Murad Orujov
ELM
Qısa URL
1079 0 0

Altı yaşı tamam olmayan uşaqların təhsilə cəlb edilməsi normaldır?

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 5 iyun — Sputnik. Azərbaycanda valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilə bilər. Bununla bağlı "Təhsil haqqında" Qanuna dəyişiklik təklif edilib. Sputnik Azərbaycan bu təklifin təhsil üçün nə dərəcədə əhəmiyyətli olacağını təhsil ekspertlərindən soruşub.

Эксперт в области образования Надир Исрафилов
© Sputnik / Murad Orujov
Эксперт в области образования Надир Исрафилов

Təhsil eksperti Nadir İsrafilov valideynlərin uşaqlarının erkən yaşda məktəbə getməsini arzulamasını birmənalı qarşılamadığını deyib: "Bilmirəm mentalitetdəndir, ya nədəndir, bizdə belə bir tendensiya formalaşıb ki, uşaqlarımızı məktəbə daha erkən yaşlardan qoymaq üçün nə isə etməliyik. "Təhsil haqqında" Qanunun yaş həddi ilə bağlı tələbinə məhəl qoymayaraq, bir çoxumuz bu məqsədə nail olmaq üçün müxtəlif vasitələrə əl atırıq. Uşağımızın xüsusi istedada malik olmasını əsaslandırmaq və 5 yaşdan məktəbə getməsini təmin etmək üçün müvafiq komissiyaya yol tapmaqda yardımçı ola biləcək vasitəçi axtarırıq".

"Hara tələsirik, nə düşünən var, nə də bu fikri ağlına yaxın buraxan. Halbuki, uşaqlarımızın sağlam böyüməsi, öz uşaqlıq həyatını yaşaması onların erkən təhsilə cəlb olunmasından daha vacibdir. Hansı uşağa baxırsan eynəkdə, fiziki cəhətdən cılız görkəmdədir", — deyə ekspert əlavə edib.

N.İsrafilov bu məsələ ilə bağlı dünya təcrübəsindən də misal göstərib: "Azərbaycanda valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqların da məktəbə qəbul edilməsini təklif edənlər heç fikirləşməyiblər ki, dünya təhsilinə meydan oxuyan Finlandiyada və digər ölkələrdə məktəbə ancaq 7 yaşı tamam olanlar götürülürlər".

Balaca məktəblinin böyük yükü
© Karikatura
Balaca məktəblinin böyük yükü

Valideynlərin fikirlərinin, məhz bu məsələdə əsas götürülməsi ekspertin marağına səbəb olub: "Əgər valideynlərin təklifi əsas götürülürsə, niyə bəs dərs ilinin əvvəllərdə olduğu kimi 1 sentyabrdan başlanılması barədə çoxminli təkliflər və hətta petisiyalar nəzərə alınmadı? Və ya Milli Məclis tərəfindən "Təhsil haqqında" Qanunda məktəbəqədər təhsilə əvvəlki 3 yaşdan fərqli olaraq 1 yaşdan başlanılması barədə dəyişikliklər edilərkən niyə bu qədər ekspertin, psixoloqun həkimin təklifinə və əsaslandırılmış rəylərinə əhəmiyyət verilmədi?".

Эксперт в области образования Кямран Асадов
© Sputnik / Murad Orujov
Эксперт в области образования Кямран Асадов

Təhsil eksperti onu da əlavə edib ki, əgər bir yaşdan uşaqları məktəbəqədər təhsilə cəlb ediriksə, təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqların da məktəbə qəbul edilməsi təklifini birincinin davamı kimi əlaqələndirmək olar.

Təhsil eksperti Kamran Əsədov isə deyib ki, indiyə qədər xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu qaydaları "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 19.12-ci maddəsinə əsasən hazırlanıb. Və Qanun məktəb yaşına çatmayan xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulunu tənzimləyir.

Ekspertin fikrincə, bu hissə məktəbəqədər təhsil alan şagirdlərin yaş həddi ilə ziddiyyət təşkil edir: "Bundan başqa əqli və fiziki cəhətdən normal inkişaf etmiş şagirdlər olduqca azlıq təşkil edir və birinci sinifdə oxuyan zaman şagirdlərdə fiziki olaraq müəyyən problemlər ortaya çıxır".

"Ən ciddi problemlər isə, məhz məktəbəqədər təhsil ilə bağlı olur. Belə ki, məktəbəqədər təhsil pilləsində təhsil almalı olan uşaqları valideynləri birinci sinfə qəbul etdirməyə çalışırlar və bu zaman uşaqların bu proqramı qavramaq problemi ortaya çıxır" — müsahibimiz əlavə edib.

H.Əsədov hesab edir ki, bu qanun layihəsi qəbul olunduqdan sonra ilk illərdə müəyyən qədər şagird azlığı yarana bilər: "Belə ki, hər il əlavə sayda şagird qəbulu aparıldığı üçün məktəblər sinif sayını müəyyən edirdi. Amma indi əlavə azyaşlı uşaqların birinci sinfə qəbulu olmayacağına görə əvvəlki illərə baxanda sinif sayı azala bilər".

Əlaqədar

Məktəblilərimiz qeyri-formal təhsilə cəlb olunub
Azərbaycanda uşaqların məktəbə qəbulunda mühüm dəyişiklik edilir
Məktəblilərimiz hərbi tapşırıqların öhdəsindən gəldilər
Azərbaycanlı məktəblidən inanılmaz addım
Teqlər:
təqvim ili, qanuni nümayəndə, "Təhsil haqqında" Qanun, yaş, valideyn, Kamran Əsədov, Nadir İsrafilov, məktəb, ekspert, Azərbaycan, uşaq

Əsas mövzular