14:21 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
15710

Beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar

BAKI, 24 may — Sputnik. Azərbaycanda beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar. Beləliklə, beynəlxalq fənn olimpiadalarının qaliblərinə ixtisas seçimi zamanı qoyulan məhdudiyyət aradan qaldırılır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı "Təhsil haqqında" qanunun 26.5-ci maddəsinə dəyişiklik təklif olunur. Dəyişikliyə görə, beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar.

Mövcud 26.5-ci maddədə deyilir ki, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bu olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qeyd edək ki, 26-cı maddə Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları adlanır.

Əlaqədar

DİM-dən tələbələrə ingilis dilində təhsillə bağlı vacib xəbər
Ekspert: “Gənclər Rusiya ali məktəblərində təhsil almaqda maraqlıdır”
Təhsil Naziri yeni əmr imzaladı
Bakıda müasir təhsil kompleksi açılıb
Teqlər:
imtahan, müsabiqədənkənar qəbul, ali təhsil müəssisələri, ixtisas, qalib, beynəlxalq fənn olimpiadaları, Azərbaycan

Əsas mövzular