ELM

"Əmək məzuniyyətlərinin müddətləri"nə dəyişiklik edildi

Abunə olmaq
Dəyişiklik "Məktəbəqədər təhsil haqqında" qanuna uyğunlaşdırmaq məqsədi daşıyır

BAKI, 22 may — Sputnik. Əmək Məcəlləsinin 118-ci maddəsinə (Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri) dəyişiklik edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, məcəllənin 118-ci maddəsinin 2-ci hissəsinin "a" bəndində "uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara" sözləri "təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, tərbiyəçi-müəllimlərinə, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara" sözləri ilə əvəz edilib.

Dövlət Statistika Komitəsi - Sputnik Azərbaycan
Dövlət qulluqçularının orta aylıq əməkhaqqı 700 manata yaxınlaşır

Mövcud variantda deyilir ki, aşağıdakı işçilərə əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir: a) uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara;.

Təklif olunan variantda isə deyilir ki, aşağıdakı işçilərə əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir: a) uşaq evlərinin, məktəbəqədər tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, tərbiyəçi-müəllimlərinə, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara;.

Bu dəyişiklik "Məktəbəqədər təhsil haqqında" qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Qanun layihəsi Milli Məclisin mayın 18-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0