ELM

Onuncu sinif şagirdlərinin nəzərinə: İmtahan nəticələri...

© Sputnik / Rahim MuradovMasallıda V ixtisas qrupuna sənəd verən abituriyentlər üçün imtahan keçirilib
Masallıda V ixtisas qrupuna sənəd verən abituriyentlər üçün imtahan keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Yazılı cavabların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur

BAKI, 7 may — Sputnik. 10-cu sinif şagirdləri üçün keçirilmiş sınaq imtahanında istifadə edilmiş test tapşırıqlarının doğru cavab etalonlarını açıqlanıb. Sputnik Azərbaycan Dövlət İmtahan Mərkəzinin rəsmi saytına istinadən xəbər verir ki, düzgün cavabları qurumun saytından əldə etmək olar.

Hal-hazırda imtahan protokollarının və cavab vərəqələrinin emalı aparılır. Yazılı cavabların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Sınaq imtahanlarında istifadə olunmuş sual kitabçalarının elektron versiyasını DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" — "Sual kitabçaları" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.

Xatırladaq ki, yaxın günlərdə abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.

Xəbər lenti
0