ELM

İmtahanların yeri və vaxtı açıqlandı

© Photo : REPORTСтудент в аудитории, фото из архива
Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar

BAKI, 4 may — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 5-də növbəti SAT imtahanı (SAT I (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi, SAT II (SAT Subject) isə müxtəlif məktəb fənləri üzrə bilik və bacarıqları yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanlarıdır və hər il imtahanda iki milyondan artıq şəxs iştirak edir) keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a DİM-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. İmtahan saat 08:30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı bu KEÇİDdən əldə etmək mümkündür.

Xəbər lenti
0