ELM

Bu gün Dövlət İmtahan Mərkəzi sınaq imtahanları keçirir

© Sputnik / Murad OrujovГосударственный экзаменационный центр
Государственный экзаменационный центр - Sputnik Azərbaycan
Abunə olmaq
Sınaq imtahanı 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlanır

BAKI, 29 aprel — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün bu gün 12 şəhər və rayonda (Bakı, Sumqayıt, Xırdalan, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz) sınaq imtahanları keçirir.

DİM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, imtahanda iştirak üçün 29 925 abituriyent qeydiyyatdan keçib.

Sınaq imtahanı 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlanır.

Xəbər lenti
0