ELM

Onuncu sinif şagirdlərinin nəzərinə: İmtahan tarixi açıqlandı

© Sputnik / Murad OrujovГосударственный экзаменационный центр
Государственный экзаменационный центр - Sputnik Azərbaycan
Abunə olmaq
Sınaq imtahanına qeydiyyat aprelin 30-u saat 10:00-dək aparılacaq

BAKI, 28 aprel — Sputnik. Mayın 6-da yeni təhsil proqramları (kurikulumlar) əsasında 10-cu sinif şagirdləri üçün 5–10-cu siniflər (10-cu sinif birinci yarımilədək) üzrə məzmun standartlarının reallaşması səviyyəsinin yoxlanılması məqsədi İlə sınaq imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sınaq imtahanında yalnız hazırda 10-cu sinifdə təhsil alan şagirdlər iştirak edə bilərlər.

Sınaq imtahanına qeydiyyat aprelin 30-u saat 10:00-dək aparılacaq. 

Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
İmtahanların nəticəsi 3 günə açıqlanacaq

İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq test tapşırıqları hər blokda 3 imtahan fənni üzrə belə təqdim olunacaq: 

I blok: Riyaziyyat, Fizika, Kimya, II blok: Riyaziyyat, Coğrafiya, Tarix, III blok: Azərbaycan (rus) dili, Tarix, Ədəbiyyat, IV blok: Bioloğiya, Kimya, Fizika. 

Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlar.

Qeyd edək ki, 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları yeni təhsil proqramları (kurikulumlar) üzrə keçiriləcək. Həmin qəbul imtahanlarının, Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, bu sınaq imtahanı modelinə uyğun təşkil olunması nəzərdə tutulur. 

Birinci sinif şagirdinin məktəb hazırlanması, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Agentlik məktəblilər üçün müsabiqə elan etdi: Qiymətli hədiyyə...

Sınaq imtahanlarında qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az saytında “Şəxsi kabinet” yaradılmalıdır. “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (20 AZN) yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan vaxtı, yeri seçilir. Daha sonra şəxsiyyət təsdiq edən sənədin məlumatları, imtahan verəcəyiniz bölmə, imtahan bloku seçilir və “Qeydə al” düyməsi basılır. “Qeydə al” düyməsini basdıqdan sonra “İmtahana buraxılış vərəqəsi”ni çap etmək mümkündür. 

Xəbər lenti
0