ELM

Dövlət qurumu şayiələrin qarşısını almaq üçün təkzib verməli oldu

CC0 / Wokandapix / EducationЧеловек за чтением книг, фото из архива
Человек за чтением книг, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən şəxslər üçün kurslar təşkil etmirik"

BAKI, 19 aprel — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən şəxslər üçün hər hansı hazırlıq kursu təşkil edilmir. Bu barədə Sputnik Azərbaycan-a DİM-dən məlumat verilib.

Bildirilib ki, DİM tərəfindən yalnız müəllimlər, metodistlər, pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər üçün yeni təhsil proqramları əsasında buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması, onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları təşkil edilir.

"Çox təəssüf ki, bəzi kütləvi informasiya vasitələrində verilən məlumatlarda müəyyən şəxslər marker hazırlıq kursu ilə abituriyent hazırlıq kurslarını səhv salır. Bir daha bildiririk ki, DİM abituriyentlər üçün ali məktəblərə qəbulla bağlı hazırlıq kursları təşkil etmir və digər kommersiya məqsədilə yaradılan kursların heç biri ilə əməkdaşlıq etmir" — məlumatda deyilir.

Xəbər lenti
0