ELM

Tələbələr üçün nəhəng yataqxana kompleksi tikilir

© Photo : REPORTСтудент в аудитории, фото из архива
Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yataqxananın növbəti tədris ilində istifadəyə verilməsi nəzərdə tutulub

BAKI, 28 mart — Sputnik. Təhsil Nazirliyinin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) balansında olan ərazidə tələbələr üçün yataqxana kompleksinin tikintisi davam edir. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin binası - Sputnik Azərbaycan
Tələbələrə yeni imkan yaradılır

Bildirilib ki, ən müasir standartlara uyğun inşa olunan yataqxana kompleksində yalnız ADNSU-nun tələbələri deyil, Bakıda yerləşən digər ali məktəblərdə təhsil alan və yataqxanaya ehtiyacı olan tələbələr müvafiq kvotaya əsasən yerləşmək imkanı qazanacaqlar.

Yataqxana binası 800 nəfərə yaxın tələbə, həmçinin müəllim üçün nəzərdə tutulub. 0,8 hektar ərazini əhatə edən yataqxana binasının ümumi sahəsi 21 min kvadrat metrdən çoxdur. Binada kitabxana, oxu zalı, istirahət otaqları, camaşırxana, yeməkxana, fitnes zalı da fəaliyyət göstərəcək.

Yataqxananın növbəti tədris ilində istifadəyə verilməsi nəzərdə tutulub.

Xəbər lenti
0