06:33 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
ELM
Qısa URL
98 0 0

Xüsusi məktəbəqədər təhsil müəssisəsində qruplar üzrə uşaqların sayı müəyyənləşib

BAKI, 28 fevral — Sputnik. Nazirlər Kabineti "Sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları"nı təsdiq edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu standartlar "Məktəbəqədər təhsil haqqında" qanunun 5.4-cü maddəsinə uyğun olaraq hazırlanıb və tabeliyindən, mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan ərazisində fəaliyyət göstərən bütün xüsusi məktəbəqədər təhsil müəssisələrinə şamil edilir.

Standartlara verilən ümumi tələblər aşağıdakılardır:

— fərdin, cəmiyyətin, dövlətin maraq və tələbatlarının nəzərə alınması;

— təhsilalanların yaş, fiziki, psixoloji və fizioloji xüsusiyyətləri nəzərə alınmaqla, onların sosial, idraki, estetik inkişafının, sadə əmək vərdişlərinə, zəruri həyati bacarıqlara, sosial, milli və ümumbəşəri dəyərlərə yiyələnməsinin prioritet hesab edilməsi;

— uşaqlarda mövcud nitq, motorika, sensor və davranış pozulmalarının aradan qaldırılması ilə yanaşı, onlarda psixi funksiyaların formalaşdırılması, həyati təcrübənin genişləndirilməsi və ətraf aləm haqqında biliklərin mənimsənilməsi məqsədi ilə korreksiyaedici təlim-tərbiyənin təşkil edilməsi;

— uşaqların məktəb təliminə hazırlanmasının təmin olunması;

— xüsusi məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyasında və təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsində və attestasiyasında standartların əsas götürülməsi.

Standartlar 5 il müddətinə qəbul olunur və yeni standartlar təsdiq edilənədək qüvvəsini saxlayır.

xüsusi məktəbəqədər təhsil müəssisəsində qruplar üzrə uşaqların sayı aşağıdakı kimi müəyyənləşdirilir:

1. Kor uşaqlar 1-3 yaşadək 6, 3-7 yaşadək 6,

2. Zəifgörən, çəpgöz və ambliopiyalı uşaqlar 1-3 yaşadək 6, 3-7 yaşadək 6,

3. Kar uşaqlar 1-3 yaşadək 6, 3-7 yaşadək 6,

4. Zəifeşidən uşaqlar 1-3 yaşadək 6, 3-7 yaşadək 8,

5. Nitqi ümumən inkişaf etməyən uşaqlar 1-3 yaşadək 6, 3-7 yaşadək 10,

6. Kəkələyən uşaqlar 3-7 yaşadək 10,

7. Nitqi fonetik cəhətdən inkişaf etməyən uşaqlar 3-7 yaşadək 12,

8. Əqli cəhətdən geri qalan uşaqlar 1-3 yaşadək 6, 3-7 yaşadək 6

9. Dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları olan uşaqlar 1-3 yaşadək 6, 3-7 yaşadək 6

10. Mürəkkəb çatışmazlıqları olan uşaqlar 3-7 yaşadək 6.

Xüsusi məktəbəqədər təhsil müəssisəsinin maddi-texniki bazasına qrup, yataq və oyun otaqları, uşaq mebelləri, musiqi və idman zalları, metodiki kabinet, tibb otağı, tibb avadanlıqları, izolyator, yeməkxana, mətbəx, mətbəx avadanlıqları, ərzaq anbarı, yumşaq inventar anbarı, camaşırxana daxildir.

Xüsusi məktəbəqədər təhsilin tədris bazasına xüsusi metodik ədəbiyyat, məşğələ cədvəli, əyani vəsaitlər, masaüstü oyunlar, didaktik, nümayişetdirici və paylayıcı materiallar, ekoloji cəhətdən təhlükəsiz oyuncaqlar, sağlamlıq imkanları məhdud olan uşaqların kateqoriyalarına uyğun xüsusi texniki təlim vasitələri (eşitmə, görmə aparatları və s.), əşyalar və süjetli şəkillərdən ibarət illüstrasiyalar, şeir və yanıltmacların səsləndirilməsi üçün oyuncaqlar, səslərin düzgün tələffüzü üçün illüstrasiyalı materiallar, uşaq bədii ədəbiyyatı, kiçik musiqi alətləri, fizioterapiya otağı daxildir.

Əlaqədar

Ekspert: “Məktəblərimizin mühafizəsi yüksək səviyyədə deyil”
Kişi müəllimlərin olmaması məktəblilərin psixologiyasına zərbədir...
Prezidentdən məktəb binaları ilə bağlı sərəncam
Məktəblilərin nəzərinə: Simulyatorlarla çempionat keçiriləcək
Teqlər:
məktəbəqədər təhsil müəssisələri, "Sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları", Nazirlər Kabineti

Əsas mövzular