05:43 23 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9069
Государственный экзаменационный центр

Tələbələrin diqqətinə: İmtahanın nəticələri elan olundu

© Sputnik / Murad Orujov
ELM
Qısa URL
81 0 0

Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri elan olunub

BAKI, 26 fevral — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 25-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrini elan edib.

Qurumdan verilən məlumata görə, imtahan nəticələri saat 18:25-dən etibarən DİM-in saytında yerləşdirilib. 

Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar ("Azercell", "Bakcell", "Nar") vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 12 387 bakalavrdan 146 nəfəri imtahana gəlməyib. İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 95 bal olub.

Qeyd edək ki, müsabiqə şərtini ödəyən bakalavrlar II mərhələyə (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına) buraxılırlar. Bu bakalavrlar 2018-ci il mayın 7-dən 17-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. Magistraturaya qəbul imtahanının II mərhələsi iyunun 3-də keçiriləcək.

Əlaqədar

Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan olacaq
Dövlət İmtahan Mərkəzindən abituriyentlərə xoş xəbər, bu il...
Dövlət İmtahan Mərkəzi magistrlər üçün şans yaradır
Təhsil nazirindən yeni imtahan modeli açıqlaması

Əsas mövzular