12:40 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
325 0 0

Sənəd qəbulu günün sonunadək davam edəcək

BAKI, 12 fevral — Sputnik. Magistraturaya sənəd qəbulu bu gün başa çatır. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu günün sonunadək davam edəcək. Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır.

İmtahanda iştirak etmək üçün bakalavr Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) "Şəxsi kabinet"indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Bakalavr "Şəxsi kabinet"inin istifadəçi adı və parolundan istifadə etməklə 12 fevral saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olub "Bakalavrın elektron ərizəsi" formasını doldurur və təsdiq edir. Elektron ərizələrini DİM-də təsdiq etdirməli olan digər bakalavrlar isə tələb olunan sənədləri saat 17:00-dək Mərkəzin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M ünvanında yerləşən inzibati binasında yaradılmış Sənəd Qəbulu Komissiyasına təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər (bax: Magistr 2, tələbə qəbulu haqqında elan).

Əlaqədar

Diqqət: Yeni sınaq imtahanı keçiriləcək
İşə qəbul üzrə imtahanın nəticələri açıqlandı, vakansiya seçimi başladı
Müəllimlərin işə qəbul imtahanının vaxtı və yeri bəlli oldu
Azərbaycanda imtahanlarının nəticələri açıqlandı
Teqlər:
DİM, ali təhsil müəssisələri, Dövlət İmtahan Mərkəzi, magistratura, sənəd qəbulu

Əsas mövzular