00:21 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
Dövlət İmtahan Mərkəzi

Rəsmi qurum nəticələri açıqladı: Fevralın 9-dək vaxtınız var

© Sputnik / Murad Orujov
ELM
Qısa URL
442 0 0

DİM-dən rəhbər vəzifələr üçün imtahanda müvəfəqqiyyət qazananlarla bağlı açıqlama

BAKI, 29 yanvar — Sputnik. İnzibati rəhbər vəzifələrə (A növü) aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən məlumat verilib.

Məmurlar
© REUTERS / Joshua Roberts

Məlumata görə, inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün 28 yanvarda keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər müvafiq sertifikatı əldə etmək üçün yanvarın 29‑dan fevralın 9-dək bu KEÇİDə daxil olaraq müraciət formasını doldurmalıdırlar.

Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə ali təhsil haqqında sənəd və əmək kitabçasının (olduğu halda) skan edilmiş surətləri formaya əlavə edilir.

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 iş günü müddətində DİM-ə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidir.

Əlaqədar

Dövlət qulluqçusu olmaq istəyənlərin diqqətinə
Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub
Dövlət qulluğuna hazırlaşanalar xoş xəbər
Artıq bu şəxslərin dövlət qulluğuna gedən yolu bağlandı
Teqlər:
test imtahanı, A növü, inzibati rəhbər vəzifələr, DİM, qeydiyyat, sənəd

Əsas mövzular