ELM

Sabahdan Azərbaycanda tətil başlayır

Abunə olmaq
Dərslər həm 5 günlük, həm də 6 günlük məktəblərdə fevralın 1-də başlayacaq

BAKI, 26 yanvar — Sputnik. Sabahdan Azərbaycanın ümumtəhsil məktəblərində qış tətili başlayır. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2017-2018-ci dərs ilində məktəblilərin qış tətili yanvarın 27-də başlayacaq və yanvarın 31-də başa çatacaq. Dərslər həm 5 günlük, həm də 6 günlük məktəblərdə fevralın 1-də başlayacaq.

Qeyd edək ki, ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarına əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünüb: birinci yarımil — 15 sentyabr-26 yanvar; ikinci yarımil — 1 fevral-14 iyun.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyənləşib.

Xəbər lenti
0