ELM

Bakı məktəbləri barədə əmr verildi

© Sputnik / Leyla AbdullayevaQuba rayonunun Cağacıq kəndində yeni istifadəyə verilmiş modul tipli məktəb
Quba rayonunun Cağacıq kəndində yeni istifadəyə verilmiş modul tipli məktəb - Sputnik Azərbaycan
Abunə olmaq
Dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

BAKI, 18 yanvar — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində yanvarın 19-da ilk dərslər 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr ediləcək. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Учебный процесс в одной из бакинских школ, фото из архива - Sputnik Azərbaycan
ELM
Məktəblərdə yeni qayda tətbiq olunacaq ki, bu da fikir ayrılıqlarına yol açıb

Bildirilib ki, Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş "20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı"na və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən tədris olunacaq dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi və əsil vətəndaş mövqeyinin məktəblilərə çatdırılması məqsədlərinə xidmət edir.

Dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Dərsləri tədris edən müəllimlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə söhbət açacaqlar.

Eləcə də 20 Yanvar hadisələrinin nəticələrindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs olunacaq. 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ərəfəsində paytaxt məktəblərinin pedaqoji kollektiv və şagirdlərinin Şəhidlər xiyabanına ziyarəti də təşkil olunur.

Xəbər lenti
0