ELM

"Açıq qapı"ya daxil olan müraciətlər dinlənilib

© Photo : UNEC-in mətbuat xidmətiUNEC-də İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə "Açıq qapı" günü keçirilib
UNEC-də İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə Açıq qapı günü keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Şura üzvləri rektor Ədalət Muradovla görüşüblər

BAKI, 17 yanvar — Sputnik. UNEC-də İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə "Açıq qapı" günü keçirilib. "Açıq qapı"da ilk dəfə olaraq tələbə və valideynlərin müraciətini yalnız UNEC İctimai Nəzarət Şurasının üzvləri dinləyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin binası - Sputnik Azərbaycan
CƏMİYYƏT
UNEC-də tədris və imtahanların təşkili qaydaları dəyişdi

UNEC-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şura üzvləri imtahanla bağlı müraciətləri dinlədikdən sonra onların araşdırılması və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüblər.

Görüşdə universitet rəhbərliyinə "Açıq qapı"ya daxil olan müraciətlər barədə məlumat verilib. Bildirilib ki, müraciətlər əsasən qayıb limiti, köçürmə halları və imtahan nəticələrinin artırılması ilə bağlı olub. Rektor müraciətlərin həlli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə şura üzvlərinin iştirakı ilə müvafiq komissiyanın yaradılmasını təklif edib.

"Açıq qapı" günü ilə bağlı təəssüratlarını bölüşən Şura üzvləri ötən illərə nisbətdə bu il müraciətlərin sayının xeyli azaldığına diqqət çəkərək, bunu UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərin müsbət nəticəsi kimi qiymətləndiriblər.

Xəbər lenti
0