06:51 20 İyul 2018
Canlı yayım
  • RUB0.0270
  • USD1.7000
  • EUR1.9801
Vikipediyanın milli versiyasının koordinatoru Elnur Eltürk (solda) və AMEA MEK-in sərbəst elektron resurslarla iş şöbəsinin bölmə rəhbəri Günay Məmmədova Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində

"Ermənilərə qalib gəlmək üçün bizə dəstək lazımdır"

© Sputnik / Murad Orujov
ELM
Qısa URL
23 0 0

Elnur Eltrük: "Xüsusilə, tarixçilər, elmlə məşğul olan vətəndaşlarımız bizə tarixi faktların sübutu üçün kömək etməlidirlər"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 12 yanvar — Sputnik. Yanvarın 15-də Beynəlxalq Vikipedia Günü qeyd olunur. Bu virtual ensiklopediyanın Azərbaycan milli seqmenti də inkişaf edir. Hər gün onlarla yeni məqalələr nəhəng informasiya şəbəkəsinə daxil edilir. Bu münasibətlə Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində "Vikipediya"nın milli versiyasının koordinatoru, AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Elnur Eltürk və AMEA MEK-in sərbəst elektron resurslarla iş şöbəsinin bölmə rəhbəri Günay Məmmədova ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

Tədbirdə çıxışı zamanı mütəxəssislər Azərbaycanda "Vikipediya"ya yerləşdirilən məqalələrdən, izləyicilərdən və bu şəbəkəyə olan maraqdan danışıblar. Daha sonra tədbirdə iştirak edən jurnalistlərin suallarını cavablandırıblar.

Vikipediyanın Azərbaycan versiyasının koordinatoru Elnur Eltürk
© Sputnik / Murad Orujov
Vikipediyanın Azərbaycan versiyasının koordinatoru Elnur Eltürk

Sputnik Azərbaycan-ın əməkdaşının "Ermənilər rus və ingilis dillərdində daha çox informasıya yerləşdirərək bizi qabaqlayırlar. Hətta Qarabağ haqqında ermənilər xarici dillərdə daha çox informasiya yayır. Bunlara qarşı necə mübarizə aparırsınız?" sualına Elnur Eltürk belə cavab verib: "Biz daima "Vikipediya"nı izləyirik və Qarabağ həqiqətlərini dünyaya çatdırmağa çalışırıq. "Vikipediya"da hər şey açıqdır. Yəni hər kəs istədiyini yaza bilər. Amma qarşı tərəf daxil olub məqaləni redaktə edə bilər. Təbii, bu zaman əlində tutarlı faktlar olmalıdır. Əks halda redaktə qəbul edilmir. Təəssüflər olsun ki, ermənilərin əllərində qondarma faktlar çox olduğundan istədiklərinə nail ola bilirlər. Həm də onların təbliğatları çox güclüdür. Bunları nəzərə alsaq, biz onlardan geri qalırıq. Biz cəmi bir neçə nəfər olaraq mübarizə aparırıq. Komandamıza qoşulanlar çoxalsa, təbii ki, biz də daha böyük uğurlar qazana bilərik. Xüsusilə tarixçilər, elmlə məşğul olan vətəndaşlarımız bizə tarixi faktların sübutu üçün kömək etməlidirlər".

 AMEA MEK-in sərbəst elektron resurslarla iş şöbəsinin bölmə rəhbəri Günay Məmmədova
© Sputnik / Murad Orujov
AMEA MEK-in sərbəst elektron resurslarla iş şöbəsinin bölmə rəhbəri Günay Məmmədova

"Vikipediya"da məqalələrdə həddindən artıq tarixi səhvlər olur. Bu səhvlərə nəzarət edib düzəlişlər edirsiniz?" sualına isə Günay Məmmədova belə cavab verib ki, hər məqaləni redaktə etmək mümkündür: "Belə halla rastlaşan hər kəs redaktə edə bilər. Bizim işçilər isə buna nəzarət edir. Yəni məqalə dəfələrlə redaktə olunarsa, bu zaman artıq adminlərimiz məqalənin redaktəsinə məhdudiyyət qoyur və özləri məsələni araşdırırlar".

Əlaqədar

Azərbaycan "Vikipediya"sının bu günkü vəziyyəti
"Vikipediya"nın Azərbaycan bölməsinin aktiv istifadəsçilərinin sayı açıqlandı
"Vikipediyada Azərbaycan əleyhinə yazan mütəşəkkil qruplar var"

Əsas mövzular