22:40 13 Dekabr 2017
Canlı yayım
Ural Dövlət İqtisad Universiteti

"Yekaterinburqda yaşayan azərbaycanlı gənclər UNEC-də təhsil almaqda maraqlıdırlar"

© Foto: УРГЭУ
ELM
Qısa URL
11 0 0

Rusiyalı rektor: "UNEC-in Rus İqtisad Məktəbi elm və təhsil sahəsində inteqrasiyaya böyük təkan verəcək"

BAKI, 8 dekabr — Sputnik. UNEC-in nümayəndə heyəti Rusiya Federasiyasının Ural Dövlət İqtisad Universitetinin yaranmasının 50 illik yubileyində iştirak edib. Sputnik Azərbaycan xəbər verir ki, Rus İqtisad Məktəbinin (RİM) direktoru, dosent Mənsur Bərxudarov və "İqtisadiyyat" kafedrasının müdiri, professor Müslüm İbrahimovun qatıldığı yubiley tədbirində Rusiyanın nüfuzlu təhsil, elm, iqtisadiyyat və siyasi dairələrin nümayəndələri, o cümlədən dünyanın müxtəlif ali təhsil müəssisələrindən qonaqlar iştirak edib.

Tədbirdə UNEC-in nümayəndə heyəti rektor, professor Ədalət Muradovun təbrik məktubunu səsləndirib. Ural Dövlət İqtisad Universitetinin rektoru, professor Yakov Petroviç UNEC-də Rus İqtisad Məktəbinin yaradılmasını yüksək qiymətləndirib: "UNEC-in Rus İqtisad Məktəbinin fəaliyyəti hər iki ölkə alimlərinin bilik mübadiləsinə, o cümlədən elm və təhsil sahəsində inteqrasiya proseslərinin güclənməsinə böyük təkan verəcək".

UNEC-in nümayəndə heyəti Rusiya Federasiyasının Ural Dövlət İqtisad Universitetinin yaranmasının 50 illik yubileyində iştirak edib
© Foto: UNEC-in mətbuat xidməti
UNEC-in nümayəndə heyəti Rusiya Federasiyasının Ural Dövlət İqtisad Universitetinin yaranmasının 50 illik yubileyində iştirak edib

UNEC-lə əməkdaşlıqda maraqlı olduğunu bildirən rektor RİM-in fəaliyyətinin bu imkanları daha da artırdığını vurğulayıb.

Səfər çərçivəsində Ural Dövlət İqtisad Universitetinin struktur rəhbərləri ilə görüşlər keçirilib, hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib. UNEC-in nümayəndə heyəti Yekaterinburq vilayətinin Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski ilə də görüşüb. Diaspor rəhbəri Yekaterinburq vilayətində yaşayan azərbaycanlı gənclərin UNEC-də təhsil almaqda maraqlı olduqlarını bildirib.

Əlaqədar

UNEC Rusiyada beynəlxalq sərgidə çıxış edib
UNEC-dən tələbələrə inanılmaz fürsət – 4 ilə 2 diplom!
UNEC magistrləri daha bir cəlbedici təklif
Millət vəkili: "UNEC öz adını dünyanın ən nüfuzlu universitetləri sırasına yazacaq"
UNEC Avropa təhsil məkanına inteqrasiyanı genişləndirir
Teqlər:
Ural Dövlət İqtisad Universiteti, UNEC, Rusiya Federasiyası

Əsas mövzular