ELM

Suyu təmizləyən “butulka” hazırlanıb

CC0 / 926663 / water bottleSuyu təmizləyən qab
Suyu təmizləyən qab - Sputnik Azərbaycan
Abunə olmaq
Layihə “Kickstarter” platformasında yerləşdirilib və artıq lazımi məbləği toplayıb

BAKI, 9 noyabr — Sputnik. Zahirən metal korpusa malik adi butulkaya bənzəyən “Quartz”ın daxilində suyun mikrob və digər təhlükəli orqanizmlərdən təmizlənməsi üçün kiçik ultrabənövşəyi lampa yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, butulka 0,5 litr su tutur. Suyu təmizləmək üçün ultrabənövşəyi lampanı bir dəqiqəlik işə salmaq lazımdır. Qurğunun istehsalçıları “Quartz”ın inteqrasiya edilmiş akkumulyatorundan iki ay ərzində istifadənin mümkünlüyünü bildiriblər. Batareya MicroUSB konnektoru vasitəsilə enerji toplayır. Qacetdən istənilən yerdə istifadə etmək mümkündür. Həmçinin termos kimi işləyən butulkanı təmiz suyun çətin tapıldığı yerlərə aparmaq olar.

Layihə “Kickstarter” platformasında yerləşdirilib və artıq lazımi məbləği toplayıb. İlk alıcılar qacetləri 2018-ci ilin martında 59 dollara əldə edə biləcəklər.

Xəbər lenti
0