01:41 18 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9066
Dövlət əmlakının özəlləşdirilməsi üzrə hərrac

Elmi müəssisələrin özəlləşdirilməsi qadağan olunub

© Photo : Qulu Xalilov
ELM
Qısa URL
22 0 0

"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanuna dəyişikliklər edilib

BAKI, 31 oktyabr — Sputnik. Parlamentin bu gün keçirilən iclasında "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanuna dəyişikliklərə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklər "Elm haqqında" qanuna uyğunlaşdırma məqsədi daşıyır. Dəyişikliyə əsasən, fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələri də özəlləşdirilməsi qadağan edilən dövlət mülkiyyətində saxlanılan əmlak növlərinin siyahısına əlavə olunub.

Qeyd edək ki, "Elm haqqında" qanunun 30-cu maddəsinin birinci bəndində göstərilib: Dövlət elmi müəssisələri müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında, profilini saxlamaq şərti ilə özəlləşdirilməyə açıq elan oluna bilər. İkinci bənddə isə qeyd olunub ki, fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələri özəlləşdirilə bilməz.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Teqlər:
elmi müəssisə, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanun, qadağa

Əsas mövzular