17:55 22 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8964
Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında yeniyetmə və gənclər üçün Fərdi İnkişaf Məktəbi adlı layihənin açılışı mərasimi

Məktəblilər üçün maraqlı yenilik

© Sputnik / Irade JELIL
ELM
Qısa URL
25410

Məqsəd insana kapital olaraq yanaşmanı cəmiyyət içərisində təbliğ etməkdən ibarətdir

BAKI, 26 oktyabr — Sputnik. Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında yeniyetmə və gənclər üçün "Fərdi İnkişaf Məktəbi" adlı layihənin açılışı mərasimi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, açılışda çıxış edən gimnaziyanın direktoru və layihə rəhbəri Xuraman Osmanova layihə barədə məlumat verib.

Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında yeniyetmə və gənclər üçün Fərdi İnkişaf Məktəbi adlı layihənin açılışı mərasimi
© Sputnik / Irade JELIL
Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında yeniyetmə və gənclər üçün "Fərdi İnkişaf Məktəbi" adlı layihənin açılışı mərasimi

Onun sözlərinə görə, "Fərdi İnkişaf Məktəbi" layihəsini həyata keçirməkdə əsas məqsəd məktəblilərin əsl vətəndaş, şəxsiyyət olaraq formalaşmasına kömək etmək, onların potensialını doğru qiymətləndirmək, həmçinin insana kapital olaraq yanaşmanı cəmiyyət içərisində təbliğ etməkdən ibarətdir: "Fərdi inkişaf insanın ən yüksək potensialını ortaya çıxartmaqda, bu potensialı ən yaxşı şəkildə idarə etmək və ondan səmərəli istifadə etmək yollarını müəyyən etməkdə vacib rol oynayır. İnsan kapitalına xüsusi dəyər verən dövlətimiz sağlam cəmiyyətin formalaşması üçün intellektual, bacarıqlı, innovativ, kreativ yeniyetmə və gənclərin yetişdirilməsini əsas prioritet sayır. Bu istiqamətdə doğru yol göstərəcək, daha təcrübəli şəxslərin müsbət müdaxiləsi önəmli faktordur".

Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında yeniyetmə və gənclər üçün Fərdi İnkişaf Məktəbi adlı layihənin açılışı mərasimi
© Sputnik / Irade JELIL
Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında yeniyetmə və gənclər üçün "Fərdi İnkişaf Məktəbi" adlı layihənin açılışı mərasimi

Layihənin açılışında Valideyn Müəllim Assosasiyasının sədri, müəllim heyəti, valideynlər, şagirdlər və digər qonaqlar iştirak ediblər. Daha sonra təlimçilər təqdim olunub və layihə çərçivəsində görüləcək işlər barədə layihə iştirakçılarına məlumat verilib.

40 gün davam edəcək layihə çərçivəsində müxtəlif mövzularda: motivasiya, təsirli ünsiyyət və inandırma, sinerjinin gücü, konsentrasiya və fokuslanma, liderlik, vaxtın idarə edilməsi, peşə seçimi, imtahanlarda stress idarə edilməsi, ailədaxili düzgün münasibət və ünsiyyət formaları, qərar qəbul etmə, etik və protokol qaydalar və s. təlim və seminarların keçirilməsi nəzərdə tutulur.

Əlaqədar

Bakıda orta məktəb şagirdi qan tökdü
Azərbaycanda məktəb direktorunun "fironluğu"
Orta məktəblərdə 146 min müəllim çalışır
Orta məktəblərdə yeni qərar: valideynlərin cibinə girilməyəcək?
Teqlər:
"Fərdi İnkişaf Məktəbi" layihəsi, Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası, valideyn, müəllim

Əsas mövzular