ELM

Çində ağlasığmaz texnologiya icad edildi

CC0 / SofieZborilova / EYEGöz identifikasiyası
Göz identifikasiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni texnika adamları yerişindən tanıyır

BAKI, 14 oktyabr — Sputnik. Çin alimləri insanın üzünü gizlətdikdə belə yerişinə görə təyin edən yeni biometrik identifikasiya texnologiyası hazırlayıblar. Sistemin işləməsi üçün hədəfdən 50 metr məsafədən uzaq olmayan kamera lazımdır. Texnologiya ritm, sürət və hərəkətin digər xüsusiyyətləri daxil olmaqla yerişin unikal "rəsmi"nə əsaslanır.

Çin Elmlər Akademiyası nəzdində Avtomatlaşdırma İnstitutunun tədqiqatçısı Xuan Yunçjen bildirib ki, yeni texnologiya gözün qüzehli qişasının skanerindən 10 dəfə daha sürətli işləyir. Tanımanın sürəti 200 millisaniyəni ötmür. Bu, insanın gözünü qırpmasından (300-400 ms) daha sürətlidir. Alqoritm 1000 kvadratmetr sahədə minədək insanı müəyyən edir və əhalisi sıx olan şəhərlərin sakinlərinin sayının hesablanmasına imkan verir.

Hitech.vesti.ru saytının məlumatına görə, biometrik identifikasiya sistemləri Çinin bütün ərazisində tətbiq edilir. Ölkənin dörd şəhərində yol kəsişmələrində yol hərəkəti qaydalarını pozan piyadaları aşkarlayan kameralar quraşdırılıb.

Xatırladaq ki, bu yaxınlarda sifətin tanınması funksiyasına malik kameralar Asiyada ən böyük pivə festivalına gəlmiş axtarışda olan 25 vətəndaşın saxlanılmasına kömək edib.

Xəbər lenti
0