03:54 22 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8970
Elcan İsayev

İlin ən gənc tələbəsinin arzusu

© Sputnik / Ilham Mustafa
ELM
Qısa URL
25000

O 15 yaşında universitet tələbəsi adını qazandı

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. Tovuz rayon Dondar Quşçu kənd sakini Elcan İsayev orta məktəbi yaşıdlarından 2 il tez bitirib. Nəticədə 15 yaşında tələbə adını qazanıb. O 279 balla Azərbaycan Dövlət Aqrar Universitetinin Meşəçilik fakültəsinə daxil olub. Fəhlə ailəsində dünyaya göz açan Elcan hələ kiçik yalarından həm görünüşü, həm qabliyyətilə yaşıdlarından fərqlənib. Hələ 4 yaşı olarkən oxumağı, yazmağı bacaran övladını, atası şagird kimi görmək istəyib. Müsabiqədən keçməyi bacaran azyaşlı 4 yaşından məktəb partasının arxasında əyləşmək şansı qazanıb. Əsasən dəqiq fənnləri sevən Elcan orta məktəbdə yaxşı oxumaqla yanaşı bütün həmyaşıdları kimi hazırlıq kurslarına da gedib. 11-ci sinifdə I ixtisas qrupu üzrə hazırlaşmağa başlasa da sonradan maddi imkansızlıq onu repititor yanına getməkdən ayrı salıb. Bu haqda o, Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışıb:

"Orta məktəbi yaxşı oxumuşam. Kimya, fizika fənlərinə marağım daha böyük olub. O səbəbdən də I qrupa üstünlük verdim. 11-ci snifdə 5 fənn üzrə hazırlığa başlasamda artıq yanvar ayında maddi çətinliyə görə riyaziyyat, Azərbaycan və xarici dillərdən hazırlığı dayandırmalı oldum. May ayından isə bütün hazırlıqları saxlayaraq evdə müstəqil məşğul olmağa başladım."

Elcan və nənəsi
© Sputnik / Ilham Mustafa
Elcan və nənəsi

Müəllimlərini onu ödənişsiz olaraq hazırlamaq təklif etdiklərini danışan Elcan utandığınnan buna razı olmayıb. Hazırlıq və ailəyə yardım etmək üçün isə eyni zamanda işləməyə başlayıb. Müəyyən günlərdə rayon mərkəzindəki restoranlarda günəmuzd ofisiant kimi fəaliyyət göstərib. Nəticəsinin zəif olmasına da bu amilin səbəb olduğunu deyir.

Elcan İsyaev hazırda qəbul olduğu ixtisas üzrə oxuyub bitirdikdən sonra təhsilini xaricdə davam etdirmək niyyətindədir.

Əlaqədar

Tələbə köçürülməsinin təfərrüatları açıqlandı
Tələbə faciəsinə səbəb olan sürücü ilə bağlı elə faktlar ortaya çıxdı ki...
Azərbaycanda daha bir kütləvi tələbə faciəsi
Tələbə faciəsi qaranlıqda gizlənən acı həqiqətləri ortaya çıxardı
Ali məktəblərimiz tələbə üzünə həsrət qalacaq
Teqlər:
fizika, kimya, müsabiqə, Azərbaycan Dövlət Aqrar Universiteti, Elcan İsayev, Dondar Quşçu kəndi, Tovuz rayonu

Əsas mövzular