07:50 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
69 0 0

Azərbaycanda ilk dəfə Dünya Robot Olimpiadasının seçim yarışı keçiriləcək

BAKI, 20 sentyabr — Sputnik. 7-8 oktyabr 2017-ci il tarixlərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən "Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi" İctimai Birliyi və AREA (Azərbaycan Robototexnika və Mühəndislik Akademiyası) ilə birlikdə Bakı Olimp İdman Kompleksində ilk dəfə olaraq Dünya Robot Olimpiadası üzrə Azərbaycan seçim yarışı keçiriləcək.

8-19 yaşlı gənclərimiz aşağıdakı kateqoriyalar üzrə mübarizə aparacaqlar:

  • Robot futbolu – hər biri iki robotdan ibarət olan komandalar bir-biri ilə futbol qaydalarına əsasən mübarizə aparacaq. 
  • Açıq kateqoriya – iştirakçılar müxtəlif mövzulara həsr olunmuş ideyalarını və robotik layihələrini sərgiləyəcək
  • Əsas kateqoriya – İştirakçılar 3 yaş qrupu üzrə Dünya Robot Olimpiadasının qoyduğu məsələləri həll etməyə çalışacaq

Yarışda qalib gələn komandalar diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaq, həmçinin cari ilin 10-12 noyabr tarixlərində Kosta-Rikada keçiriləcək Dünya Robototexnika Olimpiadasının finalında Azərbaycanı təmsil etmək hüququ əldə edəcəklər.

İlkin olaraq Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti, Zərifə Əliyeva adına lisey, Kaspi liseyi, Bakı Modern Məktəbi, İstək liseyi, "Step İT" akademiyası və "ABC College" liseyindən olan komandalar qeydiyyatdan keçiblər.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan 2016-cı ilin noyabrında Dünya Robot Olimpiadası Assosiasiyasına üzv olub.

Əlaqədar

Dünyanın ilk "robot vəkili" məsləhət xidmətinə başladı
Robot-jurnalist ilk məqaləsini yazdı
Bu robot canlı orqanizmlərlə qidalanır
Bu ölkə robot-polis sisteminə keçir
Teqlər:
Dünya Robot Olimpiadası, Azərbaycan Robototexnika və Mühəndislik Akademiyası, Bakı Modern Məktəbi, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Gənclər və idman nazirliyi, Azərbaycan

Əsas mövzular