18:07 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
45 0 0

Azərbaycanın müxtəlif bölgələrini təmsil edən və ən yüksək nəticə qazanmış 15 gəncə pul mükafatı verilib

BAKI, 23 avqust — Sputnik. Bu gün Veysəloğlu Şirkətlər Qrupunda ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentlərlə görüş təşkil olunub. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə iştirak edən Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyi adından İlqar Nuri öz növbəsində gəncləri təbrik edərək onlara yenicə qədəm qoyduqları tələbəlik həyatında müvəffəqiyyətlər arzulayıb.

Daha sonra Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov bildirib ki, şirkətin Koorporativ Sosial Məsuliyyət (KSM) strategiyası çərçivəsində həyata keçirilən layihələr arasında təhsilə dəstək və tədris hər zaman öncül yer tutub. O, bildirdi ki, bu gün Veysəloğlu Şirkətlər Qrupunda çalışanların böyük əksəriyyəti gənclərdir və şirkətin bu templə inkişafında məhz bu gənclərin xidmətləri əvəzolunmazdır.

Görüşdə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən və ən yüksək nəticə qazanmış 15 gəncə Veysəloğlu Şirkətlər Qrupu adından pul mükafatı, eləcə də "Ulduz" şokolad fabrikinin məhsulları təqdim edilib.

Əlaqədar

Nazirlik tələbələrə vaxt verdi: Gecikməyin
Maaş artacaq, tələbələr ödənişdən azad ediləcək, birdəfəlik müavinət veriləcək...
Universitetin yanğın baş verən yataqxanasında tələbələr...
Tələbələrin ölümünə səbəb olan şəxsə hökm oxundu
Altı tələbəmiz mərcə görə həyatını itirdi
Teqlər:
Veysəloğlu Şirkətlər Qrupu, bal, mükafat, gənc, tələbə

Əsas mövzular