00:20 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
269 0 0

Ekspertlər tətbiq olunacaq yeniliyi müsbət qiymətləndirirlər, amma...

BAKI, 4 avqust — Sputnik. Azərbaycanda ali məktəblərdə tələbə köçürülməsi, xaric və bərpa olunma ilə bağlı tətbiq olunan yeniliklər açıqlanıb. Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev mətbuata bildirib ki, Azərbaycanda ilk dəfə olaraq yeni qaydalara əsasən magistratura pilləsində tələbələrin köçürülməsinə icazə verilir.

Ali məktəblərin magistratura səviyyəsində təhsil alan tələbələr I tədris ilində, I semestrdən sonra eyni ixtisas (ixtisaslaşma) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülə bilər. Azərbaycan təhsil sistemi 2005-ci ildən Boloniya sisteminə qoşulmasına baxmayaraq, ilk dəfə olaraq magistratura səviyyəsi üzrə köçürülmə aparılacaq. Yeni qaydalara əsasən, bərpa olunan, təhsil alma formasını dəyişən və ya köçürülən (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) tələbələr təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğə uyğun təhsil haqqı ödəyəcəklər.

Y. Piriyev bildirib ki, köçürülmə zamanı tələbənin köçürülməsinin "köçürülmək istədiyi ali təhsil müəssisəsinə müvafiq ixtisas üzrə qəbul planı ilə müəyyən edilmiş tələbələrin say həddi gözlənilməklə aparılması" tələbi aradan götürülüb. Onun sözlərinə görə, bu, qaydalarda edilən əsas yeniliklərdən biridir.

"Əvvəlki qaydalara əsasən, tələbə yalnız ali məktəblər tərəfindən müvafiq ixtisas üzrə boş yer verildiyi halda köçürülə bilərdi. Başqa sözlə, əvvəlki qaydalarda bununla bağlı müəyyən məhdudiyyət var idi. Hazırda bu məhdudiyyət aradan qaldırılıb və ölkənin ali məktəblərinə köçürülmə zamanı (hüquqşünaslıq və baza ali tibb ixtisasları istisna olmaqla) yerlə bağlı heç bir məhdudiyyət yoxdur" — nazirlik rəsmisi vurğulayıb.

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycan dünya təhsilinə inteqrasiya edir: "Dünya praktikasında əgər aldığı təhsilin səviyyəsi, ixtisası tələbəni qane etmirsə, sənədlərini götürüb digər universitetlərdə təhsilini davam etdirə bilər. Bu, təhsilin inkişafına kömək edən məsələdir. Son 6 il ərzində 10 mindən çox şəxs təhsilini başa vura bilməyib. Bu, onu göstərir ki, tələbə həmin universitetdə təhsil ala bilmir. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən bu yenilik Azərbaycan təhsilinin dünya təhsilinə inteqrasiyası istiqamətində ən mühüm addımdır".

Kamran Əsədov
© Sputnik / Murad Orujov
Kamran Əsədov

Ekspertin sözlərinə görə, indiyədək Azərbaycanda, həmçinin magistratura pilləsində tələbələrin köçürülməsi mümkün deyildi: "Artıq biz Boloniya sisteminə keçmişik və burada semestrin müddəti deyil, kreditlərin sayı önəmlidir. İndiyədək kredit sistemi tam şəkildə tətbiq olunmadığı üçün magistratura pilləsində köçürmələrə imkan verilmirdi. Amma indi kredit sistemidir. Həmin kredit sistemini istənilən universitetdə tamamlamaq mümkündür. İlk dəfə olaraq magistratura pilləsində tələbələrin köçürülməsinə icazə verilməsi mühüm addımdır".

"Digər bir məsələ isə bölgələrdə təhsil alan tələbələrin Bakı şəhərinə köçürülməsinə məhdudiyyətlərin tətbiq olunacağıdır. Yalnız region daxilində köçürmə ola bilər. Məsələn, Bakı yalnız Bakı daxilində köçürmə prosesində iştirak edə bilər. Hesab edirəm ki, bu məhdudiyyət düzgün deyil. Tələbələrin hüquqlarının müəyyən qədər sıxışdırılmasıdır. Ümumilikdə, tələbələrin köçürülməsi ilə bağlı bütün məhdudiyyətlərin aradan qaldırılması mühüm addım olar" — K. Əsədov vurğulayıb.

Təhsil eksperti onu da əlavə edib ki, Azərbaycanın 24 mindən çox gənci Ukrayna, Rusiya və s. ölkələrdə təhsil alır: "Bu, onların ölkəyə qaytarılması üçün mühüm addımdır. Amma bizə savadlı, bilikli gənclər lazımdır. Hesab edirəm, bu məsələdə müəyyən meyarların tətbiq olunması daha uyğun olardı".

Əjdər Ağayev, təhsil eksperti
© Photo : STR
Əjdər Ağayev, təhsil eksperti

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev də Sputnik Azərbaycan-a qısa açıqlamasında yenilikləri müsbət qiymətləndirib: "Əgər tələbə köçürmə problemini qaldırırsa, bu, ehtiyacdan, zərurətdən yaranır. Bu, insan taleyidir. Yeniliyi faydalı hesab edirəm. Bu təşəbbüs, yanaşma gənclərə də xeyir verəcək".

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar"ın yeni redaksiyada təsdiq edilməsi barədə əmr imzalayıb.

Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinin və ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar"ı işdə rəhbər tutsunlar.

Əlaqədar

Tələbələrin ölümünə səbəb olan şəxsə hökm oxundu
Türkiyədə məşhurlaşan tələbələrimiz görüş keçirdilər
Prezidentdən tələbələrə böyük müjdə
Bu tələbələr Avropada təcrübə keçəcəklər
Etirazçı tələbələrdən son xəbər
Tələbə və magistrlər üçün yaxşı təcrübə imkanı
Teqlər:
Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, təhsil eksperti Kamran Əsədov, tələbə köçürülməsi, Yaqub Piriyev, xaric, bərpa, Sputnik Azərbaycan, ali məktəb, təhsil, Təhsil Nazirliyi, tələbə, Azərbaycan, yenilik

Əsas mövzular