ELM

Ölkədəki professorların sayı bilindi

© Sputnik / Murad OrujovЗдание Национальной Академии Наук Азербайджана в Баку
Здание Национальной Академии Наук Азербайджана в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların isə 34,2 faizi 40 yaşadək olan şəxslərdir

BAKI, 21 iyun — Sputnik. Dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri də ölkənin elmi-texniki potensialın inkişafı, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılmasından ibarətdir. Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, hazırda Azərbaycanda elmi kadrların hazırlanması ilə 2102 nəfər elmi rəhbər məşğul olur ki, onların da 59-u Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, 84-ü müxbir üzvü, 1528-i professor, 273-ü isə dosentdir.

Cari ilin əvvəlinə ölkədə elmi kadr potensialının artırılmasında böyük rola malik 110 ali təhsil müəssisəsi və elmi təşkilatda doktoranturalar fəaliyyət göstərmiş və onlarda 53,1 faizi qadın olmaqla 2723 nəfər təhsil alıb. Təhsil alanların 80,0 faizi fəlsəfə, 20,0 faizi isə elmlər doktoru proqramları üzrə təhsil alıb. 

Национальная Академия Наук Азербайджана. Архивное фото - Sputnik Azərbaycan
ELM
AMEA-dakı seçkilərin nəticələri açıqlandı

Təhsil alanların 38,5 faizi elmi təşkilatlarda, 61,5 faizi isə ali məktəblərdə yaradılmış doktoranturalarda təhsil alıb. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 36,3 və 63,7 faiz, elmlər doktoru proqramı üzrə isə 47,5 və 52,5 faiz təşkil edib.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların isə 34,2 faizi 40 yaşadək olan şəxslərdir.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2182 nəfərin 349-u filologiya, 294-ü iqtisad, 245-i texnika, 144-ü tarix, 128-i kimya, 117-si aqrar, 102-si pedaqogika, 101-i biologiya, 108-i siyasi elmlər, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.

Doktorantlardan 118 nəfər filologiya, 80 nəfər aqrar, 53 nəfər iqtisad, 48 nəfər texnika, 29 nəfər biologiya, 24 nəfər tarix, 23 nəfər pedaqogika, 26 nəfər yer elmləri, 140 nəfər isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır. 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva - Sputnik Azərbaycan
Birinci vitse-prezident alimə mükafat təqdim etdi

2015-ci illə müqayisədə 2016-cı ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış 17,0 faiz azalaraq 543 nəfər, elmlər doktoru proqramı üzrə isə 9,7 faiz artaraq 79 nəfər təşkil etmişdir. Fəlsəfə doktoru proqramı üzrə qəbul olanların sayı da 24,7 faiz azalaraq 420 nəfər, elmlər doktoru proqramı üzrə qəbul olanların sayı isə 7,4 faiz artaraq 101 nəfər təşkil edib.

Bununla yanaşı, 2016-cı ildə fəlsəfə doktoru proqramı üzrə 704 dissertant təhkim olunub ki, onların da 62,1 faizini qadınlar təşkil edib. Elmlər doktoru proqramı üzrə təhkim olunan dissertantların sayı isə 86 nəfəri qadın olmaqla 198 nəfərə bərabərdir. Dissertantların əsas hissəsi tibb, iqtisad, filologiya, tarix, texnika və yer elmləri sahəsində təhkim olunub.

Xəbər lenti
0