04:04 03 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
11910

DİM Azərbaycan dili imtahanında qeyri-məqbul alan və ya iştirak etməyən abituriyentlərə müraciət edib

BAKI, 19 may — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 9-da rus bölməsi abituriyentləri üçün keçirilmiş Azərbaycan dili imtahanında qeyri-məqbul qiymət alan və ya iştirak etməyən abituriyentlərə müraciət edib.

DİM-dən verilən xəbərə görə, 16-31 mart tarixlərində elektron ərizələrini təsdiq etmiş, lakin 9 aprel 2017-ci il tarixində rus bölməsi abituriyentləri üçün keçirilmiş "Azərbaycan dili" fənni imtahanında "qeyri-məqbul" qiymət alan və ya iştirak etməyən abituriyentlərin ikinci imtahanda iştirakı üçün qeydiyyatı başlanıb. Abituriyentlər tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib, mayın 31-dək DİM-in internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçməlidirlər.

Elektron ərizələrini 4-22 may tarixlərində təsdiq edən rus bölməsinin abituriyentləri isə "Azərbaycan dili" fənni imtahanına birbaşa qeydiyyatdan keçmiş hesab olunur və onlar ikinci imtahanda iştirak edəcəklər. Rus bölməsinin abituriyentləri üçün ikinci "Azərbaycan dili" fənni imtahanı iyun ayının 11-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Abituriyentlərə "Azərbaycan dili" fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir, "məqbul" alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Əlaqədar

DYP-nin "prava" verdiyi sürücünü DİM təkrar imtahana çəkəcək

Əsas mövzular