ELM

Təhsil sistemimizdə yenilik

© Photo : edu.gov.azMəktəblilər
Məktəblilər - Sputnik Azərbaycan
Abunə olmaq
"Məktəbəqədər təhsil haqqında" qanun layihəsi qəbul olunub

BAKI, 14 apr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Sputnik Azərbaycan xəbər verir ki, layihə barədə Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.

Azərbaycan Respublikasının Hesablama Palatası - Sputnik Azərbaycan
ELM
Hesablama Palatası təhsil müəssisələrində nöqsanlar aşkarladı

O bildirib ki, üçüncü oxunuş ikinci oxunuşdan fərqli olaraq, redaktə xarakterlidir. Qanun layihəsi 5 fəsil, 25 maddədən ibarətdir. Əvvəl məktəbəqədər təhsil ocaqlarında yalnız məktəbəqədər təhsil ixtisası alanlar fəaliyyət göstərirdilər. Lakin burada kadr çatışmazlığı problemi yaranacağına görə, qanun layihəsində məktəbəqədər təhsil müəsissəsinə ali pedaqoji ixtisas təhsili alan mütəxəssislərin də təyin edilməsi təklif edilir.

Qanuna görə, məktəbəqədər təhsil müəssisəsinin təsisçisi dövlət, bələdiyyələr, Azərbaycanın hüquqi şəxsləri və vətəndaşları ola bilərlər. Məktəbəqədər təhsil müəssisəsinə lisenziya müddətsiz verilir. Bu təhsil müəssisələrinə yalnız ali təhsilli və bu sahədə ən azı 5 il təcrübəsi olan şəxslər rəhbər təyin oluna bilərlər.

Müzakirəyə təqdim olunmuş qanun layihəsi məktəbəqədər təhsilin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək. Layihədə bildirilir ki, məktəbəqədər təhsil sahəsində təhsil xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən məktəbəqədər təhsilin vəzifələri pozulduqda, məktəbəqədər təhsilin dövlət standartlarının tələbləri yerinə yetirilmədikdə onların lisenziyası ləğv edilir.

Layihəyə əsasən, məktəbəqədər yaşda uşaqların təhsil aldığı müəssisələrin bir neçə növü müəyyən edilib. Bunlar körpələr evi, körpələr evi-uşaq bağçası, məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumi təhsil məktəbləri, digər tipdən olan təhsil müəssisəsi yanında kompleks formada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi, uşaq inkişaf mərkəzi, sanator tipli uşaq bağçaları (bu uşaq bağçaları infeksion xəstəliklərə meylli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri, elmi-tədqiqat müəssisələrinin yanında yaradılan məktəbəqədər təhsil müəssisəsidir. Bunlar arasında sanator tipli uşaq bağçaları, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri və uşaq inkişaf mərkəzi yeni növ məktəbəqədər təhsil müəssisələri olacaq.

Tələbələr dərs zamanı - Sputnik Azərbaycan
ELM
Yeni ali təhsil ixtisasları yaradıldı

Qanun layihəsinin 20-ci maddəsində bildirilir ki, dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanlar qida və lazımi tədris vasitələri ilə dövlət hesabına təmin olunurlar. Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilverənlərin və təhsil prosesində iştirak edən digər mütəxəssislərin sosial müdafiəsinə təminat verir.

Məktəbəqədər təhsil müəssisələrinin işçilərinin əmək haqqı və vəzifə maaşları işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri və iş stajı nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Dövlət və bələdiyyə təhsil müəssisəsi öz sərəncamında olan büdcədənkənar vəsaitlər hesabına işçilərin əməkhaqqına əlavələr və digər stimullaşdırıcı ödənişlər təyin edə bilər. Həmin maddədə qeyd edilir ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəbəqədər təhsil müəssisələrində, o cümlədən yüksək dağlıq və sərhədyanı ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan işçilərə əməkhaqqı və digər ödənişlər qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

Dövlət məktəbəqədər təhsil müəssisəsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təyin olunan şəxs rəhbərlik edir. Bələdiyyənin təsisçiliyi ilə yaradılmış məktəbəqədər təhsil müəssisəsinə rəhbərliyi bələdiyyə tərəfindən, özəl məktəbəqədər təhsil müəssisəsinə rəhbərliyi isə həmin təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) tərəfindən təyin edilmiş şəxs həyata keçirir. Müzakirələrdən sonra layihə üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0