ELM

Bu gün ali məktəblərə sənəd qəbulu başa çatır

© Sputnik/Fuad Həsənovİmtahan
İmtahan - Sputnik Azərbaycan
Abunə olmaq
Bu saata kimi qeydiyyatdan keçən 66564 abituriyentdən 62785-i qəbul imtahanının I mərhələsində iştirak edəcək

BAKI, 10 apr — Sputnik. Bu gün ali təhsil müəssisələrinin I-V ixtisas qruplarının və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatacaq. Sputnik Azərbaycan xəbər verir ki, martın 16-dan başlayan sənəd qəbulu bu gün saat 23:59-dək davam edəcək.

İmtahan prosesi - Sputnik Azərbaycan
ELM
İmtahan ödənişlərinin yekun məbləğləri açıqlandı

Bu gün saat 10:30-dək 66 564 abituriyent (60080-i Azərbaycan, 6484-ü rus bölməsinin məzunu) I-IV ixtisas qruplarının və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçərək qeydiyyatdan keçib. Onlardan 26016-sı (23562-si Azərbaycan, 2454-ü rus bölməsinin məzunu) I, 18810-u (16640-ı Azərbaycan, 2170-i rus) II, 17029-u (15722-si Azərbaycan, 1307-si rus) III, 4709-u (4156-sı Azərbaycan, 553-ü rus) isə IV ixtisas qrupları üzrə sənəd verib.

Bu saata kimi qeydiyyatdan keçən 66564 abituriyentdən 62785-i qəbul imtahanının I mərhələsində (yaz imtahanında) iştirak edəcək. Saat 10:00-dək 31926 abituriyent V ixtisas qrupuna, 33069-u isə tam orta ixtisas təhsili müəssisəılərinə qəbul olmaq üçün sənəd verib.

Xəbər lenti
0