ELM

Dövlət İmtahan Mərkəzi xəbərdarlıq etdi

© Sputnik / Murad OrujovDövlət İmtahan Mərkəzinin binası
Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
DİM qəbul imtahanında iştirak edəcək şəxslərə xəbərdarlıq edib

BAKI, 4 apr — Sputnik. Magistratura və rezidenturaya qəbul imtahanının 1-ci mərhələsində, eləcə də Azərbaycan dili (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün) imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə,“İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün Dövlət İmtahan Mərkəzinin saytının müvafiq səhifəsinə daxil olub “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etmək lazımdır.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi yer, saat, “Yaddaş kitabçası”ndan çıxarış və s. zəruri məlumatlar əks olunur. 

"İmtahan gələrkən şəxsiyyəti təsdiq edən sənədi və “imtahana buraxılış vərəqəsi”ni özünüzlə gətirməyi unutmayın" — DİM imtahanda iştirak edəcək şəxslərə xəbərdarlıq edib.

Xəbər lenti
0